
Bakının Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən BYD markalı avtomobil qaçırılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.