
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşmək xoş oldu. Azərbaycan-İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərimizi bölüşdük. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik", - deyə paylaşımda bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.