20-11-2025, 21:48 213

Kombilərdə tezt-tez yaranan PROBLEMLƏR - Bu yolla düzəltmək olar

Payız-qış mövsümündə mənzillərdə istilik tələbatı artır və bu dövrdə ən çox istifadə olunan qurğulardan biri də kombi sistemləridir.

BAKU.WS-in məlumatına görə, havanın kəskin soyuması kombilərin demək olar ki, günün 24 saatına yaxın işləməsinə səbəb olur.

Bu isə həm qaz sərfiyyatını artırır, həm də cihazlarda müəyyən nasazlıqların yaranma ehtimalını yüksəldir. Mütəxəssislər bildirir ki, kombi qazanlarının mütəmadi işləməsi zamanı profilaktik qulluq önəmlidir, əks halda, həm texniki problemlər yaranır, həm də enerji sərfiyyatı artır.

Kombilərdə ən çox rast gəlinən nasazlıqlar

Kombi ustaları noyabr–fevral aylarında ən çox aşağıdakı problemlərlə bağlı çağırışlar alırlar:

1. Su təzyiqinin düşməsi

Kombinin su səviyyəsi aşağı düşdükdə cihaz işləməkdən dayanır. Bu, adətən sistemdə gizli sızma və ya radiatorlarda hava yığılması səbəbindən olur.

2. Radiatorların bərabər isinməməsi

Bəzi otaqlarda radiatorların soyuq, digərlərində isti olması nasosun zəif işləməsi, radiatorlarda çöküntü toplanması və ya sistemdə havanın olması ilə bağlıdır.

3. Filtrlərin tutulması

Kombilərdə həm su, həm də qaz filtrləri vaxtında təmizlənmədikdə cihazın gücü azalır və daha çox enerji sərf edir.

4. İsitmə və isti suyun gec verilmesi

Bu nasazlıq adətən istilik dəyişdiricisinin tutulması səbəbindən yaranır.

5. Cihazın tez-tez sönüb-yanması

Bu vəziyyət qaz təzyiqinin dəyişməsi, elektron kartın nasazlığı və ya baca çəkilişinin zəif olması ilə əlaqəli ola bilər.

Bu problemləri necə aradan qaldırmaq olar?

Kombinin alt hissəsində yerləşən doldurma klapanını açaraq təzyiqi 1–1.5 bar aralığına qaldırmaq kifayətdir. Təzyiq tez-tez düşürsə, mütləq ustaya müraciət edilməlidir.

Hər radiatorun yanındakı hava vintini açaraq içəridə yığılmış havanı boşaltmaq bərabər isinməni təmin edir. Kombi və radiator sistemindəki filtrlər azı ildə bir dəfə təmizlənməlidir. Payız-qış mövsümündə bu prosedur cihazın ömrünü xeyli artırır.

Bu iş yalnız peşəkar ustalar tərəfindən xüsusi məhlullarla həyata keçirilməlidir. Vaxtında yapılmadıqda kombi həm gec qızır, həm də daha çox qaz sərf edir. Tüstünün geriyə qayıtması həm cihazın sönməsinə, həm də təhlükəli qaz sızmasına səbəb ola bilər. Bacaların ildə ən az bir dəfə təmizlənməsi tövsiyə olunur.

Mütəxəssislər hesab edir ki, kombilərin profilaktik baxımdan keçirilməsi qışın ən sərt günlərində evlərin soyuq qalmasının qarşısını alır. Peşəkar xidmət göstərən şirkətlər artıq kombi təmizliyi, istilik xəttinin yuyulması və nasazlıqların aradan qaldırılması ilə bağlı müraciətlərin sayının xeyli artdığını bildirir.

Qızdırıcı sistemlərin daim işlədiyi bu mövsümdə vaxtında görülən texniki tədbirlər həm təhlükəsizliyi təmin edir, həm də enerji sərfiyyatını azaltmağa kömək edir. İstilik mövsümünün problemsiz keçməsi üçün kombilərin vaxtında yoxlanılması bir daha tövsiyə olunur.

Paylaş

Xəbər lenti

Bakıda "Force of Love" 2026 yay festivalı keçiriləcək Bu gün, 16:48 Azərbaycanda ən yaşlı seçicinin 136 yaşı var Bu gün, 16:48 Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq" Bu gün, 16:48 "PAŞA Real Estate" və "Baku White City" Ağ Şəhərdə birgə inkişaf sazişi imzalayıb Bu gün, 16:48 Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik Bu gün, 16:48 Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ Bu gün, 16:48 Füzuli küçəsində gölməçə yarandı - Avtomobillər hərəkət etməkdə çətinlik çəkdi Bu gün, 16:48 "Uşağını çıxarma çölə" - Avtobus sürücüsündən uşaqlı sərnişinə qarşı kobud rəftar Bu gün, 16:48 Çapayevdə nəqliyyatın hərəkəti iflic olub Bu gün, 16:48 Bakıya yağan dolunun diametri 4 millimetrə çatıb Bu gün, 16:48 "Sea Breeze" Monteneqroda layihəyə başlayır Bu gün, 15:49 AZAL komfortlu səyahət üçün baqajla bağlı məsləhətlər verib Bu gün, 15:48 Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI Bu gün, 15:48 TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub Bu gün, 15:48 "Neftçi" Vensan Abubakar və digər iki futbolçu ilə vidalaşıb Bu gün, 15:48 Ali Məhkəməyə yeni hakimlərin təyinatı təsdiqlənib Bu gün, 15:48 Baku TV Xocavənd sakinlərinin qonağı oldu: "Bacarıqlı adam hər yerdə özünə güzaran qura bilər" Bu gün, 15:48 İrandan Azərbaycana 35 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 Sumqayıt şəhərinə güclü yağış və dolu yağır Bu gün, 15:48 SOCAR Çin şirkəti ilə "Abşeron" yatağında əməkdaşlığı müzakirə edib Bu gün, 15:48 Novxanıya güclü dolu YAĞIR Bu gün, 15:48 Əli Məsimli: Gender əməkhaqqı fərqi azalsa da, tikinti və maliyyə sektorlarında problem qalır Bu gün, 14:48 Ağdamda daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub Bu gün, 14:48 Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib Bu gün, 14:48 Parlament Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin məhkəmələrinə hakimlərin təyinatını qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov iyulda Rusiyaya səfər edə bilər Bu gün, 14:48 Bu bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib Bu gün, 14:48 AFFA Premyer Liqanın XXXIII turundan sonra 4 klubu cərimələyib Bu gün, 14:48 Azərbaycanda hansı məhsulların qiymətləri azala bilər? Bu gün, 14:48 Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur" Bu gün, 14:48 İran bloklanmış 24 milyard dollarını ala biləcək Bu gün, 14:48 Bu qanunu pozanlar 5 min manatadək cərimələnəcək Bu gün, 14:48 Günəşdə güclü partlayış ola bilər Bu gün, 14:48 Bulvarda qıza qarşı iyrənc cinayətin görüntüləri yayıldı - ANBAAN VİDEO Bu gün, 13:48 Röya Ayxan Gürcüstanda konsert verdi Bu gün, 13:48 Bayram günlərinin havası açıqlanıb Bu gün, 13:48 Həkim təzyiqin normal göstəricisini AÇIQLAYIB Bu gün, 13:48 Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova: "Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm" Bu gün, 13:48 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edilib Bu gün, 13:48 Qanunvericilikdən "arvad" sözünün çıxarılması təklif edildi Bu gün, 13:48 Lənkəranda əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub Bu gün, 13:48 Uşaq bağçasının mənimsəmədə ittiham olunan müdiri və müavininə hökm oxunub Bu gün, 13:48 7 iyunda imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ! Bu gün, 12:48 Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib Bu gün, 12:48 Əfran İsmayılova yeni vəzifə verildi Bu gün, 12:48 BP-nin regional prezidenti İlham Əliyevi təbrik edib Bu gün, 12:48 Sabah 30 dərəcə isti gözlənilir - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda yeddi dövlət qurumu ləğv olundu Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR