
Bakının Yasamal rayonu ərazisinda hündürmərtəbəli binada güclü yanğın başlayıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, Mirəli Seyidov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında başlayan yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.
Yanğının 13-cü mərtəbədə baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanların olduğu deyilir. Əraziyə təcili yardım briqadaları da cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.