24-11-2025, 15:48 262

Qadın avtobus sürücüsü:

Son illərdə ictimai nəqliyyat sektorunda gender bərabərliyinin gücləndirilməsi ilə bağlı mühüm addımlar atılır. Qadınların avtobus sürücülüyünə cəlb edilməsi bir çox ölkələrdə sürətlə artmaqdadır və bu tendensiya həm nəqliyyat qurumları, həm də sərnişinlər tərəfindən müsbət qarşılanır.

Bu dəyişikliklər təkcə Avropada deyil, dünyanın müxtəlif regionlarında özünü göstərir. Beynəlxalq Nəqliyyat Federasiyasının (ITF) məlumatına görə, Braziliya, Avstraliya və digər ölkələrdə uzun illər "kişilərin işi" sayılan sürücülük sahəsinə qadınların marağı əhəmiyyətli dərəcədə artıb. Avropada isə Danimarka xüsusi olaraq seçilir - burada avtobus və coach sürücülərinin 22 faizi qadındır ki, bu göstərici Avropa ortalamasından (12 %) iki dəfə yüksəkdir. Kolumbiyanın paytaxtı Boqotada həyata keçirilən "Mujeres Conductoras" proqramı çərçivəsində 450-dən çox qadın elektrik avtobuslarını idarə etmək üçün təlim alıb. Qadın sürücülərin sayının artdığı ölkələrdən biri də İndoneziyadır; Cakartada həm qadın sürücülər işləyir, həm də qadınlara məxsus xüsusi avtobuslar fəaliyyət göstərir.

Mövcud təcrübələr göstərir ki, gender balansının yaxşılaşdırılması təkcə kadr çatışmazlığının aradan qaldırılmasına yox, həm də xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. AVESTA.AZ-in məlumatına görə, Avropa İttifaqında aparılan araşdırmalar qadın avtobus sürücülərinin sərnişinlərlə daha yaxşı ünsiyyət qurduğunu və konflikt hallarının az olduğunu ortaya qoyub. İrlandiyanın "Dublin Bus" şirkətinin statistikası da bunu təsdiqləyir: qadın sürücülərə edilən şikayətlər kişilərlə müqayisədə 38 faiz daha azdır. Kolumbiyada isə qadın sürücülərin olması sərnişinlərdə - xüsusilə qadınlarda - təhlükəsizlik hissini artırır.

Qadın sürücülər sahəsində dünya təcrübəsinin genişlənməsi artıq Azərbaycanda da özünü göstərir. Statistik göstəricilər də bunu təsdiqləyir. Əgər 2008-ci ildə sürücülük vəsiqəsi alan qadınların payı kişilərlə müqayisədə cəmi 4,6 faiz idisə, ötən il bu rəqəm 15,9 faizə yüksəlib. Bu artım ölkəmizdə qadınların sürücülüyə olan marağının əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Bu tendensiya fonunda bugün ilk dəfə olaraq paytaxtda 140 və 121E ekspres marşrutlarda qadın avtobus sürücüləri fəaliyyətə başlayacaqlar.

Bu gündən Azərbaycanda da 140 və 121E ekspres marşrutlarda qadın sürücülər fəaliyyət göstərəcəklər. Qadın sürücülərdən biri - Cavadova Xalidə 15 ildir, sürücülük fəaliyyəti olduğunu bildirdi:

Qadın avtobus sürücüsü:

"Yeni işimdə tətbiq olunan iş qrafikindən çox razıyam. İş prosesinin rahat və səmərəli təşkil olunması üçün bizə hər cür şərait yaradılıb. Xüsusilə "BakuBus"da qəbul mərhələsində göstərilən diqqət və dəstək işə adaptasiya olunmağımı daha da asanlaşdırdı. Qurumun peşəkar yanaşması və əməkdaşlara verdiyi dəyər burada çalışmaqdan məmnun qalmağımın əsas səbəblərindən biridir".

Digər qadın sürücü - Cəfərova Rənanın isə 20 illik sürücülük təcrübəsi var:

Qadın avtobus sürücüsü:

"İş saatları və yaradılan iş şəraiti məni tam qane edir. AYNA tərəfindən təşkil olunan təlimlər sayəsində bu peşəyə tam hazırlıqlı şəkildə başlamışıq. Tədris prosesində həm nəzəri biliklər, həm də praktiki bacarıqlar peşəkar şəkildə öyrədilib. Artıq sərnişinlərə təhlükəsiz, məsuliyyətli və mədəni xidmət göstərməyə tam hazır olduğumuzu düşünürəm".

Şəhərdə təsadüfən rast gəldiyimiz sərnişinlərdən biri ilə də danışdıq. AVESTA.AZ-ə danışan sərnişin, Mahirə Novruzova qadın sürücülərin fəaliyyətə başlamasını müsbət qarşıladığını bildirdi. Sərnişin bu addımı şəhər nəqliyyatında pozitiv dəyişiklik kimi qiymətləndirərək qeyd etdi ki, qadınların bu sahəyə cəlb olunması həm xidmətin keyfiyyətinə, həm də ümumi mədəniyyətə müsbət təsir göstərəcək.

Qadın avtobus sürücüsü:

Qadın sürücülərin fəaliyyətə başlaması ilə paytaxtda daha inklüziv, təhlükəsiz və müasir nəqliyyat mühiti formalaşacağı gözlənilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov AVESTA.AZ-ə açıqlamasında bildirib ki, bu bir ilk idi:

"Bu təşəbbüs davam etdiriləcək, qadın sürücülərin cəlb olunması ilə bağlı addımlar atılacaq".

Qadın avtobus sürücüsü:

Müxbir: Şahanə Xankişiyeva

Foto: Təranə İbrahimova

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR