
Şamaxının Əlövsət Abdullayev küçəsi illərdir bərbad haldadır. Sakinlərin sözlərinə görə, yolun yararsız vəziyyətə düşməsi ucbatından piyadalar rahat hərəkət edə bilmirlər.
Sürücülər də problemdən şikayətçidirlər. Onlar avtomobillərinin ehtiyat hissələrinin tez-tez sıradan çıxdığını deyirlər.
"Uşağımın müalicə pulundan kəsib küçəyə çınqıl tökdürmüşdüm. Sonra gəlib asfalt çəkiləcəyini dedilər və onu təmizlədilər, amma yol daha da pis vəziyyətə düşdü", - deyə sakin Aysel Səmədova narazılığını bildirib.
"Palçıq evin içinə girib. Belə yol olar?! Evimdə yataq xəstəsi var, çölə çıxara bilmirəm. Birinin evi yansa, yanğınsöndürən onun evini söndürə bilməyəcək", - deyə başqa bir sakin əlavə edib.
Daha ətraflı Baku TV-nin süjetində:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.