
Ağsu sakini qazdan zəhərlənib.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Ağsu şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakini 1987-ci il təvəllüdlü Teymurova Vəfa və oğlu 2018-ci il təvəllüdlü Teymurov Məhəmməd Həsən oğlu qazdan zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda vəziyyətlərinin ağır olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.