
Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.