
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Görüş zamanı iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini vurğuladıq, ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.