28-11-2022, 22:27 546

Qurban Qurbanovdan etiraf:

"Birbaşa deyə bilərəm ki, zəif oynadıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Azersun Arena"da "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, gözlənilən səviyyədə oynamamalarının müəyyən səbəbləri var: "İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane olub. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi".

O, futbolçuları da başa düşdüyünü söyləyib: "Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür, lap yaxşı dincəliblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Açığı, normal hazırlıq üçün heç vaxtımız da yoxdur".

Təcrübəli baş məşqçi "Zirə" ilə əvvəlki matçda 7:1 hesablı qələbənin futbolçularda arxayınlıq yaratdığını istisna etməyib: "Amma çalışırıq ki, belə halları aradan qaldıraq. Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. "Zirə"nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu barədə deyirdim".

Qurbanov futbolçuların artıq istirahət haqqında düşündüklərini hiss etdiyini vurğulayıb: "Gözləyirlər, dekabr ayı nə vaxt gələcək ki, istirahət olsun. Amma bu, zarafatdır. Hər bir halda, futbolçular peşəkardırlar. Belə hallar ilk dəfə deyil. Yadınızdadırsa, müsahibələrimdə həmişə demişəm ki, komanda eyni səviyyədə ilboyu oynaya bilməz. Xal itkisi də olacaq, məğlubiyyət də. Qarşıda hələ çox oyun var. Bəzən belə matçların həm mənim, həm də komandam üçün faydası olur".

Mütəxəssis Maksim Medvedevin uzun fasilədən sonra yenidən cinah müdafiəçisi kimi oynamasına da toxunub: "Zədədən sonra az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Orada oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış sıradan çıxdı. Ona görə orada Medvedevə şans verdim və o da yaxşı təsir bağışladı. Çıxışından razı qaldım".

O, XVI turda qarşılaşacaqları "Neftçi" komandasının güclənib-güclənməməsi ilə bağlı suala isə belə cavab verib: "Neftçi" həmişə güclüdür. Bizim oyunlarımız tam fərqli məcrada keçir. Bu komanda həmişə çempionatımızın liderlərindən biri olub".

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR