
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 223,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 2,1 % çoxdur.
Xatırladaq ki, 10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.