28-11-2025, 20:48 205

Uşaqları pis vərdişlərdən necə qoruyaq? - Bilməli olduğumuz vacib amillər

Son dövrdə dünyadan, eləcə də Azərbaycan cəmiyyətində uşaqların və yeniyetmələrin davranışlarında müşahidə edilən problemlərlə bağlı müxtəlif müzakirələr aparılır. İstər təhsil ocaqlarında, istərsə də, digər kollektivlərdə uşaqların davranışları heç də ürəkaçan deyil.

Qeyd edək ki, uşaqları pis vərdişlərdən uzaq tutmaq - təkcə qadağalarla deyil, düzgün yönləndirmə və nümunə ilə mümkündür. Valideynin sözü deyil, davranışı öyrədir. Buna görə də uşaqları pis vərdişlərdən yayındırmaq istəyiriksə, ilk növbədə onların qarşısında düzgün model yaratmalıyıq.

Dünya alimləri uşaqları pis vərdişlərdən qorumaq mövzusunda bir çox tədqiqatlar aparıb və ortaq nəticəyə gəliblər: uşağın davranışına təsir edən əsas faktor ailə münasibətləri, emosional sabitlik və sosial mühitdir.

Aşağıda beynəlxalq mütəxəssislərin və aparıcı uşaq psixoloqlarının tövsiyələrinə əsaslanan əsas məqamları təqdim edirik:

Sevgi və emosional təhlükəsizlik – əsas müdafiə qalxanı

Harvard Universitetinin Uşaq İnkişafı Mərkzinin (Harvard Center on the Developing Child) araşdırmalarına görə, uşağın davranış risklərini azaldan ən mühüm amil ailədə emosional sabitlik və sevgi dolu münasibətdir.

Uşaq özünü təhlükəsiz hiss edəndə, neqativ təsirlərə (məsələn, siqaret, aqressiya, internet asılılığı) qarşı daha davamlı olur.

Erkən yaşda sosial və emosional bacarıqların formalaşdırılması

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, 5–12 yaş dövrü uşağın sosial və emosional davranışlarının təməl dövrüdür.

Bu yaşda empatiya, məsuliyyət, qərarvermə və özünə nəzarət kimi bacarıqların öyrədilməsi, gələcəkdə pis vərdişlərdən qorunmanın ən effektiv yoludur.

Qadağalar deyil, açıq ünsiyyət

Amerika Psixoloji Assosiasiyası bildirir ki, qadağalar uşaqlarda gizli müqavimət və maraq yaradır. Uşaqla açıq və etibarlı ünsiyyət isə onun öz davranışına nəzarət hissini gücləndirir.

Rəqəmsal balans və texnologiya nəzarəti

Oxford Internet Institute-un araşdırmaları göstərir ki, ekran qarşısında uzun müddət qalmaq uşaqlarda diqqət pozğunluğu, aqressiya və təcrid hissi yaradır - bu da digər pis vərdişlərə zəmin yaradır.

Nümunə gücü – valideyn davranışının təsiri

Yale Universitetinin Uşaq Davranışı Mərkzinin nəticələrinə görə, uşaq valideynin dediyini deyil, gördüyünü təkrarlayır.

Valideyn siqaret çəkirsə, əsəbiləşəndə qışqırırsa, uşaq da bu davranışı normal sayır.

Sosial dəstək və icma rolu

UNESCO-nun sosial psixologiya hesabatına əsasən, icma (məktəb, qonşuluq, dost çevrəsi) uşağın dəyərlər sistemini formalaşdırır.

Əgər uşaq müsbət nümunələrin çox olduğu mühitdə böyüyürsə, pis vərdişlərin yaranma ehtimalı 60%-ə qədər azalır.

Bəs bizim cəmiyyətin mütəxəssisləri nə düşünür?

Tanınmış təhsil eksperti, universitet müəllimi Kamran Əsədov BAKU.WS-ə bildirib ki, uşaqları pis vərdişlərdən uzaqlaşdırmağın ən təsirli yolu onları qadağa ilə deyil, mühit, davranış nümunəsi və ardıcıllıqla yönləndirməkdir.

"Uşaq psixologiyası üzrə aparılan tədqiqatlar sübut edir ki, davranışın 60-70%-i ailədə formalaşır, yəni uşağın gördüyü model onun gələcək vərdişlərinin əsasını təşkil edir.

Buna görə də ilk dəyişiklik valideynin özündə başlamalıdır: uşaq valideynin telefondan asılı olmadığını, aqressiv reaksiya vermədiyini, qaydalara riayət etdiyini görəndə avtomatik şəkildə eyni davranışı mənimsəyir.

Uşaqları pis vərdişlərdən necə qoruyaq? - Bilməli olduğumuz vacib amillər

Mühit faktorunun ağırlığı da böyükdür. ÜST və OECD məlumatlarına görə, 10–15 yaş arasında uşaqların zərərli vərdişlərə meyli ən çox zəif nəzarət olunan sosial mühitdə – nə məktəbdə, nə də ailədə ardıcıl davranış qaydalarının olmadığı yerlərdə artır. Buna görə də ailədə 2-3 əsas qayda sabit şəkildə tətbiq olunduqda (məsələn, ekran müddətinin konkret limiti, yataq və dərs rejimi, aqressiv sözlərin yolverilməzliyi) uşaq çərçivəni aydın görür və qaydanı pozma istəyinin ehtimalı azalır.

Dəstək və məşğuliyyət də qoruyucu mexanizmdir. Statistikaya görə, idmanla məşğul olan uşaqlarda zərərli vərdişlərə meyl 35-40% daha az olur. Çünki idman və ya hobi uşağın enerjisini tənzimləyir, ona müsbət sosial mühit verir və özünütənzimləmə bacarığını artırır. Eyni təsir musiqi, rəsm, robotika, STEAM dərnəklərində də müşahidə olunur – uşaq diqqətini məhsuldar fəaliyyətə yönəldir və mənfi təsir edən sosial şəbəkə və təsadüfi çevrənin rolu minimuma endirilir.

Valideynlə uşaq arasında açıq ünsiyyət də mühüm qoruyucu faktordur. Əgər valideyn yalnız qadağan edir, amma səbəbi izah etmir, uşaq qaydanı cəza kimi qəbul edir və gizli şəkildə onu pozmağa çalışır. Əksinə, qaydanın nə üçün vacib olduğunu başa düşən uşaq ona daha çox riayət edir. Burada prinsip sadədir: "İzah edilən qayda qəbul olunur, izah edilməyən qayda pozulur".

Sağlam alternativ yaratmaq pis vərdişin özündən daha güclü olur. Məsələn, TikTokdan uzaqlaşdırmaq təkcə "girmə" deməklə mümkün deyil; evdə alternativ fəaliyyət – stolüstü oyun, qısa gəzinti, birgə film, hətta sadə söhbət – müəyyən vərdişləri avtomatik sıradan çıxarır. Çünki uşaq diqqətin dəyişməsinə ən sürətli reaksiya verən varlıqdır.

Apardığım tədqiqat və təhllilərə əsaslanaraq deyə bilərəm ki, ardıcıllıq və nümunə olmadan heç bir strategiya işləmir. Uşaqlar "nə dediyimizi" deyil, "nə etdiyimizi" kopyalayırlar. Əgər evdə elə bir davranış modeli varsa ki, valideyn uzun müddət telefona baxır, aqressiv danışır, qaydanı pozur, eyni davranışı uşaqdan uzaqlaşdırmaq real nəticə vermir. Ən effektiv nəticə valideyn, müəllim və sosial mühitin sinxron davranışından yaranır. Uşaq eyni mesajı üç yerdə – evdə, məktəbdə və sosial çevrədə – gördükdə pis vərdişlər üçün yer qalmır.

Hesab edirəm ki, bu istiqamətdə dövlətin və məktəblərin rolu da artmaqdadır. Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, sosial-pedaqoji nəzarətin artırılması, idman və dərnəklərin genişləndirilməsi uşaqların riskli davranışlardan uzaq qalmasına real təsir göstərir. Bu, yalnız valideyn yox, həm də təhsil sisteminin məsuliyyətidir və düzgün qurulduqda nəticə bütün cəmiyyət üçün müsbət olur", - deyə təhsil eksperti bildirib.

Psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib ki, uşaqları pis vərdişlərdən yayındırmağın əsas yolu onlarla düzgün ünsiyyətdir:

"İlk növbədə, pis vərdişin səbəbini anlamaq lazımdır. Çünki uşaqlar bəzən stres yaşadığı üçün, bəzən diqqət çəkmək üçün və ya sadəcə gördüyünü təkrarladığına görə belə davranır. Səbəbi aydınlaşdırdıqdan sonra biz uşağı danlamaq yerinə ,yaxşı davranışları ilə onu motivasiya etməliyik.

Uşaqları pis vərdişlərdən necə qoruyaq? - Bilməli olduğumuz vacib amillər

Qaydaların aydın və qısa olması da çox vacibdir. Uşaqlar uzun izahdan çox, konkret cümlələri daha yaxşı anlayırlar. Unutmamalıyıq ki valideynlər yaxşı nümunə olmalıdır, çünki uşaq ən çox gördüyünü təkrarlayır.

Pis vərdişi qadağan etməkdənsə, ona alternativ bir fəaliyyət göstərmək daha effektivdir. Ən vacib addım isə ardıcıllıqdır. Bu gün bir şeyə icazə verib, sabah qadağan etmək uşağı çaşdırır. Valideyinlər qərarlarının arxasında durmalıdır.

Ümumilikdə, uşaqlara sərt reaksiya əvəzinə sakit və anlayışlı yanaşmaq onların davranışını çox daha tez dəyişir".

Sonda bildirək ki, uşaqları pis vərdişlərdən qorumağın sirri nə sərt qadağalarda, nə də cəzalardadır. Əsas amil - sevgi, anlayış və nümunədir. Valideyn uşağın həyatında ən güclü təsir mənbəyidir. O, əgər işıq saçırsa, uşaq kölgəyə meyl etməz.

Ziya SƏCCAD

Paylaş

Xəbər lenti

Sosial şəbəkədə qadını şantaj edərək pul və qızıl əşyalarını talayan şəxs saxlanılıb Bu gün, 19:48 Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT Bu gün, 19:48 İkiqat "Qızıl top" mükafatçısı Kevin Kiqan vəfat edib Bu gün, 19:48 Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb Bu gün, 19:48 Qumarda uduzdu, DGK-da iş vədi ilə 29 minlik dələduzluq etdi Bu gün, 18:48 Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib Bu gün, 18:48 Ukrayna mediası: Mixaylo Fedorov yalnız müdafiə naziri vəzifəsinə qayıtmağa hazırdır Bu gün, 18:48 Böyükşor bulvarında təhlükə var? Bu gün, 18:48 ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb Bu gün, 18:48 Endi Börnem Böyük Britaniyanın yeni Baş naziri olub Bu gün, 17:48 Bir sıra mallar üçün gömrük yığımları müəyyənləşib Bu gün, 17:48 Daha bir ərazidə BÖYÜK SÖKÜNTÜ - Mülkiyyət sahiblərinə kompensasiya ödənilir Bu gün, 17:48 Şəkinin mərkəzində yeni salınan yolu dəlik-deşik etdilər Bu gün, 17:48 Qazaxda ata və qızı göldə batıb Bu gün, 17:48 Ət bazarında yeni qaydalar: Fermer, istehlakçı və qiymətlər necə dəyişəcək? Bu gün, 17:48 Sabah 14 yaşayış məntəqəsində qaz olmayacaq Bu gün, 16:48 HƏMAS-ın yeni lideri məlum olub Bu gün, 16:48 Samir Abasov: "Final oyunu maraqlı keçmədi, DÇ-2026 çox da xoşuma gəlmədi" Bu gün, 16:48 90 milyonluq dələduzluqda ittiham olunan şəxs Azərbaycana gətirildi Bu gün, 16:48 UEFA Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri dəqiqləşib Bu gün, 16:48 Əmək müqaviləsi ilə çalışanların sayı artırılacaq Bu gün, 15:48 Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir Bu gün, 15:48 Məşhur müğənni London metrosunda rəqsi ilə gündəm oldu Bu gün, 15:48 İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq Bu gün, 15:48 Özəl bağçalarda təhsil haqqının 70 faizini dövlət ödəyəcək Bu gün, 15:48 Şuşanın mərkəzində günəş enerjisi ilə işləyən "Kitab dayanacağı" istifadəyə verildi Bu gün, 15:48 UEFA Avropa Liqası: "Qarabağ"ın növbəti III təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşib Bu gün, 15:48 Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir Bu gün, 15:48 Bakı-Qazax yolunda 2 TIR aşıb Bu gün, 15:48 ASCO sədri donanma rəisini vəzifəsindən AZAD ETDİ Bu gün, 15:48 İlham Əliyev İspaniyanın futbol üzrə dünya çempionu olması münasibəti ilə Kralı təbrik edib Bu gün, 14:48 Seyfulla İsmayılova yüksək vəzifə verildi Bu gün, 14:48 Azərbaycanda 2026-2030-cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı təsdiqlənib Bu gün, 14:48 Mədəniyyətlərin kəsişmə nöqtəsi: Bakının xarici qonaqları Bu gün, 14:48 UEFA Çempionlar Liqası: "Sabah"ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub Bu gün, 14:48 "İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq Bu gün, 14:48 UEFA Çempionlar Liqası: "Fənərbağça"nın növbəti raunddakı potensial rəqibləri müəyyənləşib Bu gün, 14:48 Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır Bu gün, 14:48 "Zirə" yamaykalı vingeri heyətinə qatdı Bu gün, 14:48 Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb Bu gün, 13:48 Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb Bu gün, 13:48 Avstriyanın Azərbaycandakı yeni səfiri avqustun sonunda Bakıya gələcək Bu gün, 13:48 Oğuzhan Uğur məhkəməyə göndərildi Bu gün, 13:48 Xaçmazda heyvan bazarı fəaliyyətə başlayıb Bu gün, 13:48 Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm" Bu gün, 13:48 Bakıda 24 yaşlı gənc dənizdə boğulub Bu gün, 13:48 Azərbaycanda "İstilik qurğularının quraşdırılması Qaydaları" təsdiqlənib Bu gün, 13:48 Azərbaycan və Özbəkistan prokurorluqları süni intellekt sahəsində əməkdaşlığı genişləndirəcək Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR