
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.
Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.