
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saat 04 radələrində Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 800 manat dəyərində elektrik naqilini talayıblar.
BAKU.WS-in məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 26 yaşlı A.Səfərov və 35 yaşlı T.Kərimov saxlanılıblar.
Binəqədi rayonunda isə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşların evlərinin qarşısındakı saxlanc yerindən ümumi dəyəri 990 manat olan 3 ədəd velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklə bağlı əməllərinə görə məhkum olunmuş 47 yaşlı Ə.Qurbanov da tutulub.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.