
Hərəkət axınına əks istiqamətdə gedən sürücü həbs edildi.
BAKU.WS-in məlumatına görə, ötən gün Bakı-Qazax yolunda əks istiqamətində hərəkət etməklə digər sürücülərə təhlükə yaradan "Mercedes" markalı avtomobilin sürücüsü Tahir Əliyev məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl sürücü Bakı-Qazax yolunda qaydaları kobud şəkildə pozaraq kameralara düşmüşdü.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.