
Kanada hökuməti Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxarıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı Kanada Xarici İşlər Nazirliyi yayıb.
Bundan başqa, Kanada "Həyat Təhrir əş-Şam"ı da daha terror təşkilatı hesab etmir.
"Kanada hökuməti ciddi araşdırmalardan sonra Suriyanı terrorizmi dəstəkləyən əcnəbi ölkələr, "Həyat Təhrir əş-Şam"ı isə terrorçu təşkilatlar siyahısından çıxarıb", - Kanada XİN-dən bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.