
Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyununda birinci hissə yekunlaşıb.
"Report"un məlumatına görə, ilk yarıda qapılara qol vurulmayıb.
Qətərdə keçirilən dünya çempionatında Avstraliya və Danimarka yığmaları arasında D qrupunun III tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının D qrupunun III turunda qarşılaşacaq Avstraliya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.
“Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Avstraliya: Metyu Rayan, Degenek, Kay Rouls, Harri Suttar, Aziz Behiç, Aaron Muy, Rayli Makqri, Cekson İrvin, Mettyu Leki, Mitçell Dyuk, Kreyq Qudvin.
Danimarka: Kasper Şmeyxel, Andreas Kristensen, Yoaxim Andersen, Yoakim Mehle, Kristian Eriksen, Pye-Emil Hoybyerq, Andreas Kristensen, Matias Yensen, Andreas Olsen, Yesper Lindström, Martin Breytueyt
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.