9-12-2025, 11:48 295

Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 447.2 milyon manat və yaxud 3.9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 41 milyard 703.6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və yaxud 10.6 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94.6 milyon manat və ya ÜDM-in 2.3 faizi səviyyəsində proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin gəlirləri:

- 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da ÜDM-in 28.8 faizi həcmində olmaqla, 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 253 milyon manat və yaxud 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1 milyard 447.2 milyon manat və yaxud 3.9 faiz çoxdur. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 7 milyard 929.4 milyon manat və ya 25.8 faiz artıb.

- Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert çıxılmaqla dövlət büdcəsinin gəlirləri 25 milyard 774 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 899 milyon manat və ya 8 faiz, 2024-cü ilin icrası ilə müqayisədə 1 milyard 393.2 milyon manat və ya 5.7 faiz çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertinin məbləği 2025-ci ilin səviyyəsindən 1 milyard 646 milyon manat və ya 11.4 faiz az proqnozlaşdırılır.

- 2026-cı il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42.6 faizi və ya 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 57.4 faizi və ya 22 milyard 174 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10.2 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat və ya 10.6 faiz çox olacaq. 2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1 milyard 126.6 milyon manat və ya 6.4 faiz az, qeyri-neft-qaz sektorunun gəlirləri isə 2 milyard 573.8 milyon manat və ya 13.1 faiz çox proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsinin xərcləri:

- 2026-cı il dövlət büdcəsinin xərcləri 41 milyard 703.6 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 296 milyon manat və ya 0.7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyard 990 milyon manat və ya 10.6 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31.1 faiz təşkil edəcək. 2022-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin xərcləri 9 milyard 639 milyon manat və ya 30.1 faiz artıb.

- Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 60.3 faiz və ya 25 milyard 161.2 milyon manat (2025-ci illə müqayisədə 407.3 milyon manat və ya 1.6 faiz, 2024-cü ilin icrasına nisbətən 3 milyard 817.2 milyon manat və ya 17.9 faiz çox), əsaslı xərclər 33.8 faiz və ya 14 milyard 84.8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5.9 faiz və ya 2 milyard 457.6 milyon manat (2025-ci illə müqayisədə 58 milyon manat və ya 2.4 faiz, 2024-cü ilin icrasına nisbətən 1 milyard 162 milyon manat və ya 89.7 faiz çox) təşkil edəcək. 2026-cı ilin dövlət büdcəsinin cari xərclərinin 88.1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq ki, bu da 2025-ci illə müqayisədə 7.1 faiz-bənd çoxdur.

- 2026-cı il dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10 milyard 247.6 milyon manat (2025-ci illə müqayisədə 524.7 milyon manat və ya 5.4 faiz çox) və ya xərclərin 24.6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7 milyard 38.5 milyon manat (2025-ci illə müqayisədə 1 milyard 529.1 milyon manat və ya 27.8 faiz çox) və ya xərclərin 16.9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1 milyard 380.6 milyon manat (2025-ci illə müqayisədə 80.6 milyon manat və ya 6.2 faiz çox) və ya xərclərin 3.3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1 milyard 71.4 milyon manat və ya xərclərin 2.6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3 milyard 308.1 milyon manat və ya xərclərin 7.9 faizi həcmində, sosial ödənişlərə 3 milyard 433.6 milyon manat (2025-ci illə müqayisədə 68.9 milyon manat və ya 2 faiz çox) və ya xərclərin 8.2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62.1 milyon manat (2025-ci illə müqayisədə 11.1 milyon manat və ya 21.6 faiz çox) və ya xərclərin 0.1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13 milyard 901.8 milyon manat və ya xərclərin 33.3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183 milyon manat və ya xərclərin 0.4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1 milyard 77 milyon manat və ya xərclərin 2.7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına "Sair xərclər" maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225.2 milyon manat və ya 17.6 faiz az vəsait proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi və onun maliyyələşdirilməsi:

- 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 94.6 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin ÜDM-də xüsusi çəkisi 2.3 faiz olmaqla cari ilin səviyyəsindədir.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və 2026-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Paylaş

Xəbər lenti

Jurnalistə xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb Bu gün, 14:48 Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalından paylaşım edib Bu gün, 14:48 Media və Yayım Şurası: Jurnalistlərin hadisə yerlərində hücuma məruz qalması narahatlıq doğurur Bu gün, 14:48 Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR