
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi üçün yanğınsöndürmə vasitələrinin alınması məqsədilə açıq müsabiqə elan edilib.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, müsabiqənin ehtimal olunan dəyəri 105 994,68 manat təşkil edir.
Qurum yanğın təhlükəsizliyini gücləndirmək məqsədilə müxtəlif növdə yanğınsöndürmə balonları alacaq. Planlaşdırılan alımlar arasında 2 kiloqramlıq toz-tipli balonlardan 605 ədəd, 4 kiloqramlıq toz-tipli balonlardan 23 ədəd, 6 kiloqramlıq toz-tipli balonlardan 705 ədəd, 12 kiloqramlıq toz-tipli balonlardan 4 ədəd, həmçinin 6 kiloqramlıq köpüklü balonlardan 56 ədəd və 8 kiloqramlıq köpüklü balonlardan 3 ədəd yer alır. Alınacaq avadanlıqlar şəhər və obyektlərdə yanğınların qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə istifadə olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.