
Masazır qəsəbəsində, 4 nömrəli Tam Orta Məktəbin qarşısında təhlükəli vəziyyət yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"nə daxil olub.
Bildirilib ki, məktəbin yaxınlığında küçələr bərbad vəziyyətdədir. Yağan yağışlar küçələri palçıq çalasına döndərib. Üstəlik ən təhlükəli məqam ərazidə qapağı açıq lyük olmasıdır. Dərin quyu ərazidən keçən piyadalar üçün ciddi risk mənbəyidir.
Həmin yerdən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.