
Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.
Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.