1-12-2022, 14:26 473

“Qətnamələrin müəllifləri erməni diasporunda oturanlardır” - RƏY

“Fransa senatının qəbul etdiyi qətnaməyə baxanda ilkin təəssürat müəlliflərin sanki coğrafiyadan, çox uzaq deyil, yaxın keçmişdən, tarixdən belə xəbərləri olmamasıdır ki, fikrimcə, ya müəlliflər erməni diasporasında oturanlardır, yaxud da fransalı senatorlar və deputatlara sadəcə səs vermək qalıb”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Senatın ardınca Fransanın Milli Assambleyasının Azərbaycana münasibətdə qərəzli qətnamə qəbul etdiyini deyən deputat vurğulayıb ki, Paris bu qətnamələrlə Azərbaycana təzyiq edə bilməyəcək:

“Fransa Senatı, ardınca da Milli Assambleyasının qəbul etdikləri qətnamələr bu ölkənin BMT Təhlükəsizlik Şurasının üzvlüyü kimi mötəbər statusdan xırda intriqalar aparan dövlət imicinə yuvarlanmasının göstəricisidir. Bunu sübut etmək elə də çətin deyil. Senatın qəbul etdiyi qətnaməyə baxmaq kifayətdir ki, onun savadsızcasına tərtib olunmasına əmin olasan. Onlar intriqaya, qisasa elə kökləniblər ki, o boyda dövlətin qanunverici orqanının qəbul etdiyi qətnamə belə savadsızcasına hazırlanıb. Əminəm ki, Milli Assambleyanın qəbul etdiyi - əgər buna sənəd demək olarsa, - həmin o kağız parçasının da müəllifləri eyni adamlardır”.

“Təbii ki, Makron hakimiyyətinin bu addımlarla müəyyən hesabları, gözləntiləri var. Makron ilk gündən özünü türk düşməni kimi göstərib, hərçənd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu həmişə yerinə oturdur. Bununla belə, Fransanı Türkiyənin Aralıq dənizi, Cənubi Qafqaz və Orta Asiyada artan nüfuzu Parisi narahat edir. Fransanın əsas niyyəti Cənubi Qafqazda möhkəmlənməkdir ki, bunu da Ermənsistan vasitəsilə etməyə çalışır. Fransa Rusiyanın da zəifləməsindən yararlanmaq istəyir və Paris-Afina-Yerevan üçbucağı vasitəsilə Türkiyəyə təzyiqlər etmək arzusundadır. Aralıq dənizində Türkiyə ilə rəqabət aparır. Cənubi Qafqaza nüfuz etməklə Türkiyənin diqqətini bir növ yayındırmaq məqsədi güdür. Ancaq bu istəyinə də nail ola bilməyəcək”, - deputat bildirib.

Onun sözlərinə görə, qəbul edilən sənədlər riyakarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinə təhdiddir:

“Sadə dillə desək, dünyada baş verən növbəti bölgüdən pay qoparmaq istəyən Fransa Cənubi Qafqazda Ermənistana göz tikib. Burada möhkəmlənməyin ən qısa yolu Azərbaycana təzyiqlərdən keçir. Fransa Ermənistanda özünə yer edə bilər, bu, bizim işimiz deyil. Ancaq bizim ərazilərimiz hesabına nəyəsə nail olmaq istəyirsə, yanılır”.

E.Allahverdiyev xatırladıb ki, Parisin bu hərəkətləri onu sülh prosesindən kənarda qoyacaq, çünki heç kim indi fransızların neytrallığına inana bilməz:

“Bu o deməkdir ki, onun prosesə təzyiq alətləri tükənəcək. Başqa sözlə, bütün bunlar göstərir ki, Parisin hədəfi Ermənistanda möhkəmlənməkdir. Bununla o həm də Rusiyanın maraqlarına toxunur. İki ölkə Ermənistanı qarşıdakı illərdə necə böləcəklər, bunu zaman göstərəcək. Bizim üçünsə qəbul edilmiş qətnamələrin heç bir əhəmiyyəti, təsiri olmayacaq. Əgər erməni diasporası fransalı deputatların sərsəm çağırışlarına digər dövlətlər qoşulacağını ümid edirsə, ciddi səhvə yol verir. Bizim dostlarımız onlar düşünəndən də çoxdur”.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR