10-12-2025, 18:48 306

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki "Avaza" Milli Turizm Zonasında "Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib.

AVESTA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. "Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir", - deyə Oğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin - Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib. "Türkmənistanın neytrallıq statusu ölkənin dialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmiş xarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar bu proseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır və çoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eyni zamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər", - deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadın sahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünya təcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqram yaratmışıq", - deyə o bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib. "Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib". O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib: "Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram".

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq, onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarının əsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlı inkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadi həyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılar belə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunu diqqətə çatdırıblar. Qadınların potensialının tam reallaşmasına mane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın möhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR