
Türkan qəsəbəsində yağış suları yolu tamamən keçilməz edib.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, qəsəbədə yerləşən 6 saylı Xüsusi İnternat Məktəbinin önünə yığılan yağış suları böyük gölməçə yaradıb. Sakinlər nəinki piyada, heç avtomobillə belə rahat hərəkət edə bilmirlər.
Yağış sularının ərazidə əkilmiş ağaclara da ciddi mənfi təsir edəcəyi düşünülür.
Ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.