
Lökbatandan Binə Ticarət Mərkəzinə doğru hərəkət edən yolun üzərində yerləşən nəqliyyat işıqforunda ciddi nasazlıq yaranıb.
Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Bildirilib ki işıqforun qırmızı, sarı və yaşıl işıqları eyni anda yanır.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirildi ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qısa zamanda məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.