
Azərbaycanlılar Ukraynanın paytaxtı Kiyevə Rusiya ordusu tərəfindən endirilən hava zərbələri nəticəsində zərər görən həmyerlilərinin mülklərinin bərpasına başlayıblar.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, azərbaycanlılardan ibarət qrup həmyerlilərinin mülklərinin bərpası ilə məşğul olurlar.
Son zərbələr nəticəsində xəsarət alan olmasa da, azərbaycanlılardan 3 nəfərin evinə, bir nəfərin isə restoranına ciddi ziyan dəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.