14-12-2025, 10:48 205

Xalq artisti Rəşid Behbudovun doğum günüdür

Bu gün Xalq artisti Rəşid Behbudovun doğum günüdür.

Görkəmli sənətkar 1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib.

1943-cü ildə "Bakıkinostudiyası" "Arşın mal alan" filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib. Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1949-cu ildə Budapeştdə Gənclərin və Tələbələrin Ümumdünya festivalında çıxış edib. Behbudovun repertuarında "Azərbaycan", "Neftçi", "Züleyxa" və başqa mahnılar yer alır.

"Gözəlim sənsən", "Ana", "Sevgilim", "Gecələr", "İlk Görüş", "Bakının ulduzları", "Evləri var", "Küçələrə su səpmişəm" Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun "Sevil" operasında əsas qəhrəman - Balaş rolu Rəşid Behbudova tapşırılıb.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və həyatının sonunadək bu teatrın bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında Moskva şəhərində vəfat edib. Müğənninin məzarı Bakıda birinci Fəxri Xiyabandadır.

Paylaş

Xəbər lenti

Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb Bu gün, 19:48 Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA Bu gün, 19:48 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı Bu gün, 19:48 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb Bu gün, 19:48 8 Noyabr prospektində güclü yanğın başlayıb Bu gün, 19:48 Azərbaycan cüdoçuları dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar Bu gün, 19:48 Ötən gün axtarışda olan 84 nəfər tutulub Bu gün, 18:48 Bakıdan Tbilisiyə yeni qatar reysləri: Qiymətlər düşdü, bəs sıxlıq azalacaq? Bu gün, 18:48 Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub Bu gün, 18:48 "Kara Haydar"ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı Bu gün, 18:48 Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? Bu gün, 18:48 Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu Bu gün, 18:48 "LANDAU Lions" Azərbaycan Basketbol Liqasının II turunda NTD-ni məğlub edib Bu gün, 17:48 Məktəblilər belə geyinməlidirlər Bu gün, 17:48 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Bu gün, 17:48 Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil" Bu gün, 17:48 "Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir Bu gün, 17:48 Masazırda 4 maşın niyə yanıb külə döndü? - "Partlayış səsi gələndə..." Bu gün, 17:48 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib Bu gün, 16:48 Rəsmi portalda pensiya kapitalında azalmalar olub? Bu gün, 16:48 Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm Bu gün, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar Bu gün, 16:48 Rza Zərrabın həyat yoldaşının adı milyardlarla dollarlıq FOND QALMAQALINDA Bu gün, 16:48 Qonşu ölkənin siqaret satışında YENİ QAYDA: Şəxsiyyət vəsiqəsi tələb olunacaq Bu gün, 16:48 İlham Əliyev Ramzan Kadırovu qəbul edib Bu gün, 16:48 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi Bu gün, 16:48 Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər Bu gün, 16:48 Azərbaycanın MDB-də sədrliyi qarşıdakı dövrdə ölkəmizə mühüm imkanlar yaradır - RƏY Bu gün, 16:48 Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Bu gün, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 15:48 Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq Bu gün, 15:48 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb Bu gün, 15:48 Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb Bu gün, 15:48 Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Bu gün, 15:48 Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı Bu gün, 15:48 Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb Bu gün, 15:48 Bakıda iki sərnişin avtobusu toqquşdu Bu gün, 15:48 Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib Bu gün, 15:48 Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı? Bu gün, 14:48 Şahbaz Şərif İlham Əliyevə zəng edib Bu gün, 14:48 Qadını şantaj edən gənc həbs olundu Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb Bu gün, 14:48 Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib Bu gün, 14:48 Elməddin Ağayev: "Ermənilər kuklaların içərisinə mina qoymuşdular" Bu gün, 14:48 Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib Bu gün, 14:48 Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu Bu gün, 14:48 III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR