17-12-2025, 16:48 325

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

Əhalinin banklardakı əmanətlərinin həcmi son bir il ərzində 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata çatıb.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə daxil olan məlumata görə, son beş ilin 1 noyabr tarixinə olan statistik göstəricilərinə əsasən, Azərbaycanda banklara yerləşdirilən əmanətlərin həcmində ardıcıl artım qeydə alınıb. Ümumilikdə, 2021–2025-ci illər dövründə əmanətlərin həcmi 7,02 milyard manat artıb.

2022-ci ildə əmanətlərin həcmi əvvəlki ilin 1 noyabr tarixi ilə müqayisədə 29,4 faiz və ya 2,61 milyard manat artaraq 11,5 milyard manat olub. Bu göstərici son beş ilin 1 noyabr tarixləri üzrə ən yüksək faiz artımı kimi qeydə alınıb.

2023-cü ilin 1 noyabr tarixinə banklara qoyulan əmanətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz və ya 1,06 milyard manat artaraq 12,56 milyard manata çatıb.

2024-cü ildə bu göstərici 13,5 faiz və ya 1,71 milyard manat artaraq 14,27 milyard manat olub. 2025-ci ilin 1 noyabr tarixinə isə əmanətlərin həcmi 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata yüksəlib.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

2025-ci ilin 1 noyabr tarixinə ölkədə əhalinin banklara yerləşdirdiyi əmanətlərin milli valyuta ilə həcmi 10,94 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz və ya 1,46 milyard manat artım deməkdir. Həmin tarixə əhalinin banklarda xarici valyuta ilə saxladığı əmanətlərin həcmi isə 4,96 milyard manat olub ki, bu da ötən illə müqayisədə 3,8 faiz və ya 0,18 milyard manat artım göstərib.

2021-ci ildə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 8,89 milyard manat olub. Bunun 5,04 milyard manatı milli valyutada, 3,85 milyard manatı isə xarici valyutada saxlanılıb. 2022-ci ildə milli valyutada yerləşdirilən əmanətlərin həcmi 40 faiz və ya 2,02 milyard manat artaraq 7,06 milyard manata çatıb. Xarici valyutada saxlanılan əmanətlər üzrə isə 15,5 faiz və ya 0,6 milyard manat artım qeydə alınıb və göstərici 4,44 milyard manat olub.

2023-cü ildə milli valyuta ilə qoyulan əmanətlər üzrə artım davam edib və bu göstərici 15,3 faiz və ya 1,08 milyard manat yüksələrək 8,14 milyard manata bərabər olub. Həmin il xarici valyuta ilə yerləşdirilən əmanətlərdə isə azalma qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə xarici valyuta ilə qoyulan əmanətlərin həcmi 0,4 faiz azalaraq 4,42 milyard manata enib. Buna baxmayaraq, ümumi göstərici üzrə 2023-cü ildə əvvəlki illə müqayisədə 9,3 faiz artım qeydə alınıb və əmanətlərin ümumi həcmi 12,56 milyard manata çatıb.

Son beş ilin göstəricilərinə nəzər saldıqda, milli valyuta ilə qoyulan əmanətlərin həcminin 5,9 milyard manat artdığı müşahidə olunur. Xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə artım isə 1,12 milyard manat təşkil edib.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

2025-ci ilin 1 noyabr tarixinə olan statistikaya əsasən, əhalinin banklardakı ümumi əmanətlərinin 13,94 milyard manatı Bakı şəhərinin payına düşüb. Bu göstərici ölkə üzrə formalaşan 15,91 milyard manatlıq əmanətlərin 87,6 faizini təşkil edib. Qalan 1,97 milyard manatlıq əmanət isə respublikanın digər şəhər və rayonlarında yaşayan əhali tərəfindən banklarda yerləşdirilib.

Cari ilin 1 noyabr tarixinə Sumqayıt şəhərində əhalinin banklardakı əmanətlərinin həcmi 383,6 milyon manat olub ki, bu da Bakıdan sonra ikinci ən yüksək göstərici hesab edilib. Növbəti pillədə 235,8 milyon manatla Gəncə şəhəri qərarlaşıb. İlk üçlüyü isə 214,4 milyon manatlıq əmanət həcmi ilə Abşeron rayonu tamamlayıb.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

Əhalinin ilin əvvəlindən 1 noyabr tarixinədək banklara yerləşdirdiyi əmanətlərin həcminə nəzər saldıqda, 2025-ci ildə bu göstəricinin 1,25 milyard manata bərabər olduğu görülüb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 0,07 milyard manat azalma deməkdir. 2024-cü ilin əvvəlindən 1 noyabr tarixinədək isə əhalinin banklara yerləşdirdiyi əmanətlərin həcmi 1,32 milyard manat olub.

Ümumilikdə son beş ilin 1 noyabr tarixinədək olan göstəricilərinə baxdıqda, ən yüksək artım 2022-ci ilin müvafiq dövründə qeydə alınıb. Belə ki, 2021-ci illə müqayisədə bu göstərici 218,3 faiz və ya 1,55 milyard manat artıb və digər illərlə müqayisədə xüsusilə diqqət çəkib. 2023-cü ildə əvvəlki ilə nisbətən 63,6 faiz azalma baş verib. 2024-cü ildə isə əmanətlərin həcmində yenidən artım qeydə alınıb və bu artım 60,5 faiz və ya 0,5 milyard manata bərabər olub.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının rəsmi internet resurslarından əldə olunan məlumatlar əsasında aparılan təhlilə görə, öz milli valyutasına ən yüksək etimadı göstərən ölkə vətəndaşları Azərbaycan əhalisidir. Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 9,36 milyard dollar təşkil edib ki, bunun 68,8 faizi milli valyutada, 31,2 faizi isə xarici valyutada saxlanılıb.

Gürcüstanda isə əksinə, bank əmanətlərində xarici valyutanın payı üstünlük təşkil edib. Belə ki, əhalinin banklardakı ümumi əmanətlərinin həcmi 12,59 milyard dollar olub və bunun 63,1 faizi xarici valyutada, 36,9 faizi isə yerli valyutada yerləşdirilib.

Ermənistanda əhalinin bank əmanətlərinin ümumi həcmi 8,43 milyard dollar təşkil edib. Bu ölkədə əmanətlərin 58,2 faizi milli valyutada, 41,8 faizi isə xarici valyutada saxlanılıb.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR