3-12-2022, 12:26 570

Lətif Kərimov “Xalq Əmanəti” layihəsinin 22-ci nəşrində

“Xalq” Bankının “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunub.

Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş “Azərbaycan xəlçəsi” kitabının əsasında yenidən dərc edilmişdir.

Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilmişdir. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışmışdır.

Lətif Hüseyn oğlu Kərimov 1906-cı ilin noyabr ayının 17-də Şuşa şəhərində anadan olmuşdur.

L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olmuşdur.

L.Kərimovun “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlamışdır. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil etmişdir.

L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplamışdır. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir.

Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.

L.Kərimov Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandıraraq qeyd edir ki, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə xarici şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatmışdır. İndi artıq məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycanda ticarətin inkişafı ilə əlaqədar olaraq, tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də yüksək səviyyədə olmuşdur. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm də arxeoloji qazıntılardan tapılmış xalça nümunələri təsdiqləyir.

Məlum olduğu kimi, L.Kərimov nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov “Azərbaycan xalçası” əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. Azərbaycan xalçalarının təsvirinə klassik ədəbiyyatımızda, xüsusən poeziyamızda da tez-tez rast gəlmək olur.

1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlamışlar.

1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərcə portret və ornamental xalçalar yaratmış, özündən sonra zəngin irs qoyub getmişdir. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimovdur.

1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılmışdır. L.Kərimov şəxsən bu şöbədə xalça rəssamlarının hazırlanmasına rəhbərlik etmiş və tədris proqramlarının da tərtibçisi olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün axırına kimi (1991-ci il) Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləmişdir. Bununla bərabər, o, xalça elmi sahəsində çoxsaylı mütəxəssislər hazırlamışdır.

Lətif Kərimovun özündən sonra qoyub getdiyi ən böyük töhfə “Azərbaycan xalçası” kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti bu kitabdan qidalanır.

Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. Kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir.

“Xalq” Bankının “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Azərbaycan xalçası” kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görmüşdür.

Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiyasını dekabr ayının 4-dən başlayaraq “Xalq” Bankının Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) fəaliyyət göstərəcək.

Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.

Paylaş

Xəbər lenti

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Bu gün, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Bu gün, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Bu gün, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Bu gün, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Bu gün, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Bu gün, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Bu gün, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR