19-12-2025, 18:48 256

Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Prezident İlham Əliyevi təbrik edib.

AVESTA.AZ xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.

İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.

Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim.

Dost və qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolundakı böyük xidmətləriniz və qətiyyətli səyləriniz sayəsində qardaşlıq əlaqələrimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldiyini məmnuniyyətlə qeyd edirik.

Hörmətli İlham Heydər oğlu, qarşıya qoyduğumuz ali məqsədlərə çatmaq üçün birgə səylərimiz, ali səviyyədə aparılan fəal və konstruktiv dialoqumuz nəticəsində çoxşaxəli və uzunmüddətli əməkdaşlığımızın qardaş xalqlarımızın ümumi tərəqqisi naminə bundan sonra da səmərəli inkişaf edəcəyinə qəti şəkildə inanıram.

Əziz dostum, həyatınızın bu sevincli və unudulmaz günü münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, ölkənizin əmin-amanlığı və rifahı naminə həyata keçirdiyiniz məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram".

Paylaş

Xəbər lenti

Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq Bu gün, 18:48 24 tona yaxın yararsız hind quşu əti məhv edildi Bu gün, 18:48 Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib Bu gün, 18:48 Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər" Bu gün, 18:48 Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR Bu gün, 18:48 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 18:48 Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər Bu gün, 18:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Zəngəzurun qədim türk kəndi - Xələc Bu gün, 17:48 Onlar COP31-də çxış edəcəklər Bu gün, 17:48 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb Bu gün, 17:48 Sumqayıtda aptekdən 35 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 17:48 Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava Bu gün, 17:48 Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib Bu gün, 17:48 Azərbaycanlı müğənni evindəki 20 min manatlıq qızıl məcməyini nümayiş etdirdi Bu gün, 17:48 Rusiyada Yeni il şənlikləri üçün bu iki müğənnini seçirlər Bu gün, 17:48 Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər Bu gün, 17:48 Bir qrup media nümayəndəsi təltif edilib - SƏRƏNCAM Bu gün, 16:48 İlham Əliyev brazilyalı həmkarını təbrik edib Bu gün, 16:48 Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb Bu gün, 16:48 Əməkdar artist vəfat edən Xalq artistləri ilə fotosunu paylaşdı Bu gün, 16:48 İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi Bu gün, 16:48 Baku TV-nin 3 əməkdaşı "Tərəqqi" medalı ilə təltif edildi Bu gün, 16:48 Eyfel qülləsi etirazlar səbəbindən ziyarətçilər üçün bağlanıb Bu gün, 16:48 Gələcəkdə yay yarım il davam edə bilər – ŞOK PROQNOZ Bu gün, 16:48 "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət alıb Bu gün, 15:50 Ukraynadan gətirilən daha bir yağ məhsulunda uyğunsuzluq aşkarlanıb Bu gün, 15:50 Sumqayıtda təmizlik işçiləri 2 aydır maaş ala bilmir - İcradan CAVAB Bu gün, 15:49 Kriştiano Ronaldo millidən AYRILDI Bu gün, 15:49 İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək Bu gün, 15:48 Arda Turanın həyat yoldaşı: "Münasibətdə dava etmək lazımdır" Bu gün, 15:48 "İlham Əliyev alnından öpüləcək adamdır" Bu gün, 15:48 Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI Bu gün, 15:48 Əməkdar artist muğam mərkəzi açıb Bu gün, 15:48 İlham Əliyev Radiorabitə Reqlamentinin yenilənmiş variantını təsdiqləyib Bu gün, 15:48 Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ Bu gün, 15:48 Azərbaycanda ilk dəniz milli parkı yaradılır Bu gün, 15:48 Məşhur aparıcı "Bolt"un qiymət fərqini gündəmə gətirdi, şirkət açıqlama verdi Bu gün, 14:48 AİD Group rəhbəri Samir Yəhyazadə barəsində Apellyasiya Məhkəməsi yeni qərar verib Bu gün, 14:48 Ərdoğan 8 Noyabrda Azərbaycana gəlməyi planlaşdırır Bu gün, 14:48 Qonorarlarının azaldılmasına ETİRAZ ETDİLƏR Bu gün, 14:48 Nazpəri Dostəliyeva malikanəsində Mirələmə ad günü keçirib, bahalı saat hədiyyə etdi Bu gün, 14:48 "İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin" Bu gün, 14:48 Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı Bu gün, 14:48 Bakıda bu avtobuslar YENİLƏNİR Bu gün, 14:48 Nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq Bu gün, 14:48 21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan edilə bilər Bu gün, 14:48 NASA astronavtları ABŞ-dəki seçkilərdə səs verdi Bu gün, 14:48 Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR