
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi nəzərdə tutduğunu açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, Türkiyə lideri bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Ərdoğan bildirib ki, gözlənilməz hər hansı vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana gəlməyi planlaşdırır.
"Fövqəladə bir vəziyyət yaranmasa, 8 noyabrda Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq", – deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin klassik diplomatik təmasların çox fövqündə olduğunu vurğulayıb:
"İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və İnşallah, gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur".
***12:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.