
Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-də qeydə alınıb.
1975-ci il təvəllüdlü Ceyhun Xeyrullazadə yaşadığı Sabunçu qəsəbəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.