
"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Avolon Leasing Ireland 3 Limited" şirkəti ilə "Airbus A321-200NX" tipli üç hava gəmisinin icarəsinə dair əməliyyat lizinqi müqavilələri bağlayıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, həmin təyyarələrin 2026-cı ilin dekabr - 2027-ci ilin mart ayları aralığında təhvil verilməsi planlaşdırılır.
Bundan başqa, bu il AZAL lizinq müqavilələri əsasında təhvil alınmış iki yeni "Airbus A320-251N" tipli hava gəmisinin hesabına donanmasındakı hava gəmilərinin sayını 33-ə çatdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.