
Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yenikənd kənd sakini 29 yaşlı Qubadov Abdulla Təvəkkül oğlu "KİA" markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində suda boğularaq ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu, 30 yaşlı Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 30 yaşlı Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.