
Seysmoloqlar Meksikada 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, ölkənin Milli Seysmoloji Xidməti bu barədə "X" sosial şəbəkəsində xəbər verib.
"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilir.
Qeyd olunur ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.
Əsas zəlzələnin ilkin maqnitudası 6,5 olub. Episentr Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində on iki nəfər xəsarət alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.