
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Çeçenistana hərbi desant endirərək Ramzan Kadırovu Venesuela Prezidenti Nikolas Maduro kimi həbs etməyə çağırıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.
"Hamı nəticəni gördü. Bütün dünya. Bunu tez etdilər. Qoy Kadırovla bağlı da buna bənzər hansısa bir əməliyyat həyata keçirsinlər", – deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, bu cür addımlar Rusiya Prezidenti Vladimir Putini düşünməyə vadar edə bilər.
Qeyd edək ki, Zelenski yanvarın 3-də baş verən hadisələrə işarə edib. Həmin gün ABŞ ordusu Venesuelaya bir sıra zərbələr endirib və Prezident Nikolas Maduro ilə onun həyat yoldaşı Siliya Floresi saxlayaraq ABŞ-yə aparıb. Onlar narkoterrorizm, qanunsuz silah saxlama və narkotik qaçaqmalçılığı maddələri üzrə mühakimə olunurlar.
Məhkəmənin ilk iclası yanvarın 5-də keçirilib. Maduro özünü təqsirli bilməyib. Onun həyat yoldaşı da irəli sürülən ittihamları qəbul etməyib.
Bundan sonra Venesuelada prezident səlahiyyətlərinin icrası vitse-prezident Delsi Rodrigesə tapşırılıb. ABŞ Prezidenti Donald Tramp Rodrigesi doğru qərarlar verməyəcəyi təqdirdə ağır bədəl ödəyəcəyi ilə hədələyib. Öz növbəsində Delsi Rodriges Trampı sülhə və dialoqa çağırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.