
"Grateful Dead" qrupunun qurucularından biri, gitaraçı və mahnı müəllifi Bob Veyr 78 yaşında dünyasını dəyişib. Bu barədə musiqiçinin ailəsi məlumat yayıb.
AVESTA.AZ xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Veyrə 2025-ci ilin iyul ayında xərçəng diaqnozu qoyulmuşdu.
Bob Veyr həm qrupun uğurlarında, həm də musiqi sənətinə verdiyi töhfələrdə tanınırdı. O, 2024-cü ildə "Grateful Dead" qrupu ilə Kennedi Mərkəzi Mükafatına layiq görülüb, həmçinin "Qremmi" mükafatına layiq görülmüş və rok musiqisi üzrə Şöhrət Zalına daxil edilmişdi.
Son dövrlərdə Veyr "Bobby Weir & Wolf Bros" qrupu ilə çıxış edirdi və musiqi aləmində böyük iz buraxmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.