11-01-2026, 18:48 251

Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?

Son dövrlər ölkədə QR ödənişlər populyarlaşıb. Mərkəzi Bank və digər banklar da bu ödənişləri təşviq edirlər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, AMB QR ödənişlərin kiçik sahibkarlara daha sərfəli olması üçün assosiasiyalarla sıx iş aparır. Qurum rəsmisi vurğulayıb ki, xüsusilə regionlarda dövriyyəsi aşağı olan kiçik sahibkarlıq subyektləri üçün QR ödənişlər daha əlçatan və xərci aşağı ödəniş mexanizmi ola bilər. Bu baxımdan AMB QR ödənişlərin ölkə üzrə geniş tətbiqi və sahibkarlar üçün daha sərfəli olması istiqamətində həm maliyyə sektorunda, həm də qeyri-maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarla sıx işləyir. Maraqlıdır, QR ödənişlər niyə təşviq edilir, hansı üstünlükləri var?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır"

Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu"nun üzvü Timur Drokin "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, QR ödənişlər sadə və təhlükəsiz olması ilə seçilir: "Bu üsul həm müştərilər, həm də bizneslər üçün rahat və müasir ödəniş forması təmin edir. Eyni zamanda, QR ödənişlər ekvayrinq bazarında özünəməxsus müştəri seqmentinə malikdir. Bu ödəniş üsulu sahibkarlardan əlavə xərclər və ya əlavə avadanlıq sifarişi tələb etmir, onlara satışlarını artırmaq və ödəniş mexanizmini tətbiq etmək baxımından daha açıq imkanlar yaradır. Ödəniş edən tərəf üçün üstünlük mobil telefon vasitəsilə əməliyyatı həyata keçirməkdədir. Bu, plastik kartdan istifadə zərurətini aradan qaldırır. AMB tərəfindən QR ödənişlərin vahid texniki standart və əməliyyat prinsipləri çərçivəsində tənzimlənməsi də bu istiqamətin inkişafı üçün əlverişli şərait yaradır və ödəniş mexanizmlərinin üçüncü tərəflərdən asılılığını azaldır".

"Bank bu ödəniş formasını iqtisadi cəhətdən məqsədəuyğun hesab edir"

ABA üzvü bildirir ki, Mərkəzi Bankın məqsədi ölkədə nağdsız ödəniş mühitini inkişaf etdirmək, rəqəmsal texnologiyaların tətbiqini sürətləndirmək və kölgə iqtisadiyyatının payını azaltmaqdır: "QR ödənişlərin təşviqi maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirir, şəffaflığı artırır və rəqəmsal ekosistemin formalaşmasına şərait yaradır. QR ödənişlərin geniş tətbiqi maliyyə sektorunda texnoloji yeniliklərin artmasına, əməliyyatların daha çevik və səmərəli idarə olunmasına gətirib çıxarır. Banklar üçün bu, müştəri məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin maya dəyərinin azaldılması və rəqəmsal kanalların inkişafı deməkdir".

Sadəlik və əlçatanlıq

T.Drokin hesab edir ki, kiçik sahibkarlar üçün QR ödənişlərin əsas üstünlüyü sadəliyində və əlçatanlığındadır: "Onlar əlavə avadanlıq almadan, minimal xərclə müştərilərdən ödəniş qəbul edə bilirlər. Bu, biznesin əməliyyat xərclərini azaldır, eyni zamanda müştərilərə daha rahat və müasir xidmət təcrübəsi yaradır. Ödənişlərin rəqəmsal uçotu sahibkarlara maliyyə axınlarını şəffaf şəkildə izləməyə və biznesin inkişafı ilə bağlı qərarları daha dəqiq verməyə imkan yaradır".

Cəld və təhlükəsiz əməliyyatlar

Bank eksperti Emin Kərimov deyir ki, QR sözü "Quick Response" ifadəsinin qısaltmasıdır və tərcüməsi də onun mahiyyətini əks etdirir. Yəni bu sistem daha cəld və təhlükəsiz əməliyyatların icrasına imkan yaradır: "Bu, təmassız ödəniş texnologiyasıdır. Həm dünyada, həm də ölkəmizdə getdikcə daha geniş yayılır. Bazarda bu sahənin inkişafına ciddi tələbat var. QR ödənişlərin əsas üstünlüklərindən biri odur ki, əməliyyat zamanı PIN-kod, kart məlumatı və digər şəxsi məlumatların daxil edilməsinə ehtiyac qalmır. İstifadəçi sadəcə POS terminala yaxınlaşıb, telefon vasitəsilə QR kodu yaradaraq saniyələr içində ödənişi icra edir. Bu proses zamanı nə OTP, nə də əlavə şəxsi məlumat tələb olunur. Məhz bu səbəbdən QR texnologiyalarının inkişaf etdirilməsi və təşviqi həm dünya üzrə, həm də ölkəmizdə prioritet istiqamətlərdən biridir".

QR ödənişlərin faydası böyükdür

Mütəxəssisin sözlərinə görə, maliyyə sektoru üçün də QR ödənişlərin faydası böyükdür: "Bu, yeni texnologiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, POS terminal şəbəkəsinin - xüsusilə də mobil POS həllərinin - inkişafına müsbət təsir göstərir. Eyni zamanda POS terminalların sifarişi, ölkəyə gətirilməsi və quraşdırılması ilə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldır. Çünki bəzi sahibkarlar POS cihazlarının baha olmasını əsas gətirərək onlardan istifadəni gecikdirirdilər. Mobil və QR əsaslı POS-lar isə həm sərfəlidir, həm də iqtisadiyyatın şəffaflaşmasına, qeyri-rəsmi dövriyyənin azalmasına töhfə verir".

Təhlükəsizliyə gəldikdə isə, E.Kərimov bildirir ki, QR ödənişlər etibarlıdır. Lakin digər sahələrdə olduğu kimi burada da müəyyən risklər mövcuddur: "Əsas risk saxta QR kodların yaradılması ilə bağlıdır. Xüsusilə sosial şəbəkələrdə saxta, hətta qumar və digər qanunsuz fəaliyyətləri təbliğ edən QR kodlara rast gəlinə bilər. Buna görə də istifadəçi QR kodun mənbəyini araşdırmadan ondan istifadə etməməlidir. Ümumilikdə, QR ödənişlərdə şəxsi məlumatlardan daha az istifadə olunduğuna görə təhlükəsizlik səviyyəsi yüksəkdir. Bu texnologiyaların inkişafı bank və fintek sektorunda yeni məhsulların yaranmasına müsbət təsir göstərir. Artıq metroda və ictimai nəqliyyatda QR ödənişlərin geniş tətbiqi əməliyyatların daha sürətli və təhlükəsiz şəkildə icra olunmasına imkan yaradır. Nağd ödəniş qəbul edən obyektlərdə də QR texnologiyaları nağdsız dövriyyənin artmasına şərait yaradır".

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR