14-01-2026, 11:48 127

Rayonlarda torpaq sahəsini neçəyə almaq olar? - QİYMƏTLƏR

"Rayonlar adətən iqtisadi infrastrukturun inkişaf səviyyəsinə, ölkə iqtisadiyyatında tutduğu paya, həmçinin əhalinin sıxlığına və ərazi potensialına görə qiymətləndirilir. İnkişaf meyllərinin daha güclü olduğu bölgələrdə torpaq və daşınmaz əmlakın qiymətləri də müvafiq olaraq daha yüksək olur".

Bu sözləri AVESTA.AZ-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, bu baxımdan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını xüsusi qeyd etmək olar:

"Həmin ərazilərdə daşınmaz əmlak bazarı hazırda yeni formalaşır. Böyük bərpa və quruculuq layihələrinin icrası bu regionlarda torpaq sahələrinə tələbi artırır və nəticə etibarilə ən yüksək qiymətlərin məhz bu ərazilərdə formalaşacağı proqnozlaşdırılır. Bazarı yeni olduğu üçün qiymətlər hələ tam stabilləşməyib və artım potensialı yüksək olaraq qalır.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikası da qiymət artımının müşahidə olunduğu əsas bölgələrdəndir. Uzun illər ərzində mövcud olan məhdudiyyətlər daşınmaz əmlak bazarının inkişafına imkan vermirdi. Hazırda isə bu sahədə canlanma müşahidə olunur və torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım qeydə alınır.

Eyni zamanda Sumqayıt, Gəncə, Şəki, Mingəçevir, Yevlax, Zaqatala, Şirvan, Lənkəran və Bərdə şəhərlərində də torpaq sahələrinin nisbətən daha yüksək qiymətlərlə təklif olunduğu müşahidə edilir. Konkret olaraq hər bir rayon üzrə dəqiq qiymət demək çətindir, çünki bu, geniş araşdırma tələb edən mövzudur. Lakin ümumi tendensiya olaraq bu şəhərlərdə qiymətlərin yüksək olduğu demək mümkündür.

Qiymət artımının orta səviyyədə olduğu rayonlara Quba, Qusar, Tovuz, Masallı, Salyan, Hacıqabul, Ağdaş və Beyləqan aid edilə bilər. Bu ərazilərdə artım mövcuddur, lakin kəskin xarakter daşımır.

Qiymət artımının nisbətən zəif müşahidə edildiyi rayonlar sırasında isə Saatlı, Lerik, Cəlilabad və Sabirabad göstərilə bilər. Bu bölgələrdə torpaq bazarında dinamika digər rayonlarla müqayisədə daha aşağıdır ki, bu da əsasən infrastrukturun inkişaf səviyyəsi ilə bağlıdır.

Ümumilikdə, rayonları inkişaf səviyyəsinə görə şərti olaraq üç qrupa bölmək olar:

İnkişaf etmiş rayonlarda torpaq sahələrinin qiymətləri təxminən 15-30 min manat aralığında dəyişir;

Orta inkişaf səviyyəsinə malik rayonlarda qiymətlər əsasən 5-15 min manat arasında olur;

İnkişafı zəif olan rayonlarda isə torpaq sahələrinin qiymətləri 5 min manatdan aşağı səviyyədə formalaşır.

Bu bölgü daşınmaz əmlak bazarında mövcud vəziyyəti ümumi şəkildə əks etdirir və gələcəkdə infrastruktur layihələrinin artması ilə dəyişə bilər".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Yaponiyada AES-dən radioaktiv maddə SIZIB Bu gün, 10:48 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Çiçək tozuna allergiya bu halda ölümcül ola bilər Bu gün, 10:48 Məşhur həkimə VƏZİFƏ VERİLDİ Bu gün, 10:48 Azərbaycan hərbçiləri "EFES-2026"da dənizdən sahilə hücum tapşırığını icra ediblər Bu gün, 10:48 BMT iclasında Azərbaycanın proqnozlaşdırıla bilən enerji bazarlarını dəstəklədiyi diqqətə çatdırılıb Bu gün, 09:48 Rayonlarda torpaq BAHALAŞIR Bu gün, 09:48 Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Qarabağ" "İmişli"ni qəbul edəcək Bu gün, 09:48 Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür Bu gün, 09:48 Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ Bu gün, 09:48 "Eşref Rüya" üçün final qərarı verildi Bu gün, 00:48 TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər Bu gün, 00:48 Türküstan Bəyannaməsi: "e-Permit" sistemi Orta Dəhliz üzrə yükdaşımaların səmərəliliyini artıracaq Dünən, 23:48 Milli Qəhrəman Hökumə Əliyevanın qardaşından duyğulandıran sözlər Dünən, 23:48 TDT ölkələri kosmik sahədə əməkdaşlığın inkişafını prioritet hesab edir Dünən, 23:48 Xırdalanda yol problemi: Sakinlər beziblər Dünən, 23:48 TDT ölkələrinin liderləri WUF13-də fəal iştirak edəcəklər Dünən, 22:48 İlqar Vəlizadə: "Türk dünyası süni intellekt dövrünə qədəm qoyur" Dünən, 22:48 Azərbaycanda pensiyalarla bağlı YENİLİK Dünən, 22:48 Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstana səfəri barədə videoçarx paylaşılıb Dünən, 22:48 Bakı dünya şəhərsalmasının paytaxtına çevrilir: WUF13 ən böyük sərgi ilə başlayacaq Dünən, 22:48 Elcan Rəsulov: "Ənənəvi müalicə effekt vermir" Dünən, 22:48 "Haber Global": İlham Əliyev liderlərə müraciət edib Dünən, 21:48 Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər Dünən, 21:48 Dövlət qulluğuna test imtahanının nəticəsi ləğv edilə bilər - Bu hallarda Dünən, 21:48 Masazırda təhlükə yaradan bina tikilir? Dünən, 21:48 FIFA bu futbolçuya görə "Qarabağ"a transfer qadağası qoyubmuş Dünən, 21:48 İraqın yeni hökuməti təsdiqləndi - Əli Zeydi vəzifəyə başladı Dünən, 20:48 Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək Dünən, 20:48 "Ört-basdır etdiklərini ifşa edirik" - BTQ-nin effektiv fəaliyyəti kimləri narahat edir? Dünən, 20:48 Kəlbəcərə qayıdan ailənin hekayəsi: "Hər qaranlıq gecənin bir işıqlı sabahı var" Dünən, 20:48 Bakı, Gəncə və Zərdabda ağaclar MƏHV EDİLDİ Dünən, 20:48 Əməkdar artist: "Onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın" Dünən, 19:48 WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib Dünən, 19:48 Lahıc yolunda UÇQUN - Qayalar yolun ortasına düşdü Dünən, 19:48 Bayram namazının vaxtı məlum oldu Dünən, 19:48 Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu Dünən, 19:48 "Şəfa" Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmiləşdirib Dünən, 19:48 "Haber Global" İlham Əliyevin Türküstandakı çıxışına diqqət çəkdi Dünən, 18:48 Bakıda şagirdlər arasında DAVA: Məsələ rəhbərlik tərəfindən ARAŞDIRILIB Dünən, 18:48 Səhv sənəd verənlərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR Dünən, 18:48 İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib Dünən, 18:48 Şahin Mustafayev Rusiya hökümətinin sədr müavini ilə ikitərəfli məsələləri müzakirə edib Dünən, 18:48 Maksimum balı təkcə o topladı Dünən, 18:48 Sürücülərə XƏBƏRDARLIQ - Bu magistral yol çöküb Dünən, 18:48 WUF13 üçün onlayn qeydiyyat başa çatıb Dünən, 18:48 Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək Dünən, 17:48 Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR