15-01-2026, 20:48 166

Sevgilisini öldürməkdə təqsirləndirilən iş adamı:

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, E.Ağacanov anlaqsız vəziyyətdə olduğu üçün məhkəməyə ixtisaslaşdırılmış tibb müəssisəsindən gətirilib.

Prosesdə prokuror ittiham aktını elan edib. Sənəddə göstərilib ki, 22 avqust 2025-ci ildə E.Ağacanov reabilitasiya mərkəzinə aparılsa da, o, müalicədən imtina edərək sevgilisi İradə Muradova ilə evə qayıdıb, gecə saatlarında anlaqsız vəziyyətdə qadını boğaraq qətlə yetirib.

Prosesdə ittihama münasibət bildirən E.Ağacanov qəribə fikirlər səsləndirib.

Bildirib ki, İradə Muradova ilə 15 ildən artıq sevgili olub:

"İradə mənim ən çox istədiyim qadın olub. Həmişə yanımda olub. Bizi ayıran şeytanlar oldu. İradə həmin vaxt özü deyildi, məni divara çırpırdı. Onu cinlər idarə edirdi. Mən sadəcə onu qucaqlayıb saxlamaq istəyirdim. Başqa heç nə yadımda deyil. Mənim ailəm olsa da, onunla sevgili idim. O, xristian olduğu üçün evlənə bilmirdik. Dinimizə gətirmək, kəlmeyi-şəhadəti öyrətmək istəyirdim. Onun işlətdiyi telefon da şeytan əməli idi. "iPhone" telefonlarının arxası açılmır, ona görə də o cihaz "şeytan əməli"dir. Çünki o telefonların arxası açılmır. Mən onun telefonunu sındırdım ki, şeytandan uzaq olsun. Onun üçün ayətül-kürsü oxuyurdum ki, şeytanları qovum.

Həmin gün evdə ona kəlmeyi-şəhadəti öyrədirdim. Bu zaman telefonuma zəng gəldi. İradə cavab verməyimi istədi, mən isə bunun şeytan əməli olduğunu deyərək imtina etdim. Aramızda mübahisə yarandı və telefonu vurub sındırdım. Hadisədən bir neçə gün əvvəl bir xanımla tanış olmuşdum, ola bilsin zəng edən də o idi. Daha sonra İradəyə namaz qılmağı təklif etdim. Kəlmeyi-şəhadəti dedi, lakin sonra yenidən mübahisə başladı. Onu hamama qüsul almağa apardım. Hamamda ayağı sürüşüb yıxıldı, onu tuta bilmədim və başı yerə dəydi. Onu hamamdan çıxardım, üstünə möhür qoyub qucaqladım. Daha sonra məni divara vurmağa başladı. Bundan sonrasını xatırlamıram. Sonradan mənə dedilər ki, İradə komaya düşüb və xəstəxanaya aparılıb.

İradə indi də ölməyib. Sizi cinlər inandırır ki, o ölüb. Onun daxilində cin-şeytan var idi. Qohumlar deyirdi ki, onu buraxım, amma razı olmadım. Bilirdim ki, onu öldürüb məni həbs edəcəklər, anamı zəhərləyib var-dövlətimi ələ keçirəcəklər".

E.Ağacanov etiraf edib ki, 2010-cu ildən narkotik qəbul etməyə başlayıb:

"Həmin gün narkotik qəbul etmək istədim, İradə gizlətdi, vermədi. Özüm tapıb çəkdim".

E.Ağacanov bildirib ki, İradə Muradova ilə Maldiv adalarına istirahətə gedib: "Qayıdandan sonra İradənin anası üçün ev almışdım".

Prosesdə ifadə verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Rəna Muradova bildirib ki, E.Ağacanov yalan danışır:

"Bacımla Emil tanış olanda mən də onların yanında olmuşam. Biz bilmirdik ki, Emil ikinci dəfə evlənib. Bacım həmişə anamla olub, başqa evdə qalmayıb. Hadisə gecəsi İradə anama zəng edərək işdə olduğunu və gec gələcəyini söylədi. Ölümündən yarım saat əvvəl İradə normal şəkildə evdən həyətə düşüb. Amma öləndə onun əynində paltar olmayıb, qatil də çılpaq olub. Mənə dedilər ki, Emil bacımın başına güldanla vurub, onu boğub və sifəti tanınmaz vəziyyətdə idi. Bacımı morqda görəndə tanımadım, hətta dırnaqlarına qədər sınmışdı.

Həmin gecə İradəni Emilin evinə onun bacısı göndərib. Bacısı İradəyə deyib ki, Emil telefonları götürmür, get yanına, gör nə olub. Emil narkotik qəbul edib, bacımı öldürüb. Bacısıgil bilirdilər ki, Emil narkotik çəkib, ona görə də yanına İradəni göndərmişdilər. Mən Emili heç vaxt anlaqsız vəziyyətdə görməmişəm və onun dəli olduğuna inanmıram. Həmin gün bir neçə dəfə narkotik istifadə edib. İndi burada nağıl danışır, "cin-şeytan var" deyir. İnanmayın, o özünü dəliliyə vurur".

Proses yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Bakı şəhər sakini İradə Muradovanın meyiti iş adam Emil Ağacanovun evində tapılıb. Qadının boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Həmçinin xatırladaq ki, E.Ağacanov "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir.

Paylaş

Xəbər lenti

Türkiyə millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb Bu gün, 13:48 Kannavaro "Sabah"ın futbolçusunu Dünya çempionatına aparmadı Bu gün, 13:48 Ruslar kütləvi şəkildə gənə hücumuna məruz qalıblar Bu gün, 13:48 "Uzaq Şehir"in finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi Bu gün, 13:48 Təkcə 1 ölkədə yetişir, cəmi 3 gün qalır: Qırmızı limon görənləri təəccübləndirir Bu gün, 13:48 Dünyada neft ehtiyatlarının kəskin azalması proqnozlaşdırılır Bu gün, 13:48 Alimləri narahat edən yeni kəşf: stres hormonu beynin plastiklik qabiliyyətini azaldır Bu gün, 13:48 Sabiq millət vəkili vəfat edib Bu gün, 12:48 Hantavirusun yayıldığı kruiz gəmisi yenidən səfərə çıxır Bu gün, 12:48 "Fənərbağça" Levandovski üçün HƏRƏKƏTƏ KEÇDİ - 2 il üçün MİLYONLAR Bu gün, 12:48 TƏBİB-də yeni təyinat: Departament rəhbəri dəyişdi Bu gün, 12:48 Aziz Yıldırım "Mançester Siti"dən futbolçu almaq üçün İngiltərəyə yollandı Bu gün, 12:48 Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi Bu gün, 12:48 20 ballıq cərimə limiti artırılır? Bu gün, 12:48 SOCAR ABŞ şirkəti ilə "yaşıl enerji" keçidində əməkdaşlıq edə bilər Bu gün, 12:48 Mətanət İsgəndərlinin qızı konsertində aparıcı oldu Bu gün, 12:48 Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb Bu gün, 12:48 Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI Bu gün, 12:48 Sabah bəzi yerlərdə yağış və dolu yağacaq Bu gün, 12:48 Qazaxıstanda hərbi pilotsuz uçuş aparatı qəzaya uğrayıb Bu gün, 12:48 Bakı şəhərinin su təchizatı ilə bağlı iki pilot layihə həyata keçirilir Bu gün, 12:48 Omeqa-3 hər kəs üçün faydalı deyil? - Həkimlərdən vacib xəbərdarlıq Bu gün, 11:48 Fuad Çıraqova yüksək VƏZİFƏ VERİLDİ Bu gün, 11:48 İradəni öldürən biznesmen cəzadan azad edildi Bu gün, 11:48 Havanın kəskin dəyişməsi ölüm riskini artırırmış - Nə etməli? Bu gün, 11:48 Məşhurların axın edəcəyi TOYA 62 MİLYON XƏRCLƏNƏCƏK Bu gün, 11:48 İlon Maskın rədd etdiyi transseksual qızı ilə Rihannanı nə birləşdirir? Bu gün, 11:48 Nuranə Babayeva vəzifəsindən ayrıldı Bu gün, 11:48 Xətai rayonunda marketi talayan şəxslər saxlanılıb Bu gün, 11:48 Tramp: İran-ABŞ razılaşması gələn həftə yekunlaşa bilər Bu gün, 11:48 Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayda 2 % artıb Bu gün, 11:48 Azərbaycanda pul bazası mayda 3 %-dən çox artıb Bu gün, 11:48 Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu Bu gün, 11:48 56 aptekdən 18-ində nöqsanlar aşkarlanıb Bu gün, 11:48 Kahı yükünün içərisindən 22 kiloqramdan çox marixuana aşkarlanıb Bu gün, 11:48 "Arsenal" mövsüm öncəsi heyətini gücləndirir Bu gün, 10:48 SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq" Bu gün, 10:48 Neftimizin qiyməti 104 dolları keçib Bu gün, 10:48 Sabunçuda təhlükəli manevr zəncirvari qəzaya səbəb oldu Bu gün, 10:48 BP: "Şahdəniz"in ehtiyatları təkcə Britaniyanı 10 il enerji ilə təmin etməyə kifayətdir Bu gün, 10:48 Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub" Bu gün, 10:48 Məşhur aparıcı maaşını ala bilmədiyinə görə "Space TV"dəki işindən ayrıldı Bu gün, 10:48 Lənkəranda saat 10:00-dan 11:30-dək işıq OLMAYACAQ Bu gün, 10:48 SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq Bu gün, 10:48 Srücülərə ŞAD XƏBƏR! İki ünvanda minib-düşmə yeri yaradılıb Bu gün, 10:48 İlham Namiq Kamalın oğlunun toyundan görüntülər Bu gün, 10:48 "13 həftə, 13 avtomobil" kampaniyasına start verildi Bu gün, 10:48 Yay fəsli Azərbaycana 21 iyunda daxil olacaq Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR