3-04-2022, 23:38 652

Ukraynada geosiyasi hesablaşma:

Ukraynanın işğalı məqsədilə hücuma keçəndən təxminən iki həftə sonra Moskva (Lavrov, Narışkin, daha sonra Putin səviyyəsində) bəyan etməyə başladı ki, "müharibədə Rusiyanın taleyi həll olunur”. Bu, işğal planına haqq qazandırmaq üçün dövriyyəyə buraxdığı "neonasizm” təbliğatı baş tutmayan Kremlin təkcə rus ictimia rəyini yemləməyə hesablanmış yeni "əsası” deyil, həm də müəyyən mənada gerçəkdir, amma tam olmayan gerçək.

Rusiyanın bu açıqlamalarından sonra Bayden də elan etdi ki, "Yeni dünya nizamı qurulur və ABŞ bu nizama liderlik etməlidir”.

Və düz məntiqlə yanaşdıqda belə görünür ki, bu gün qarşı-qarşıya duran ABŞ və Rusiya yeni dünya nizamında liderlik uğrunda döyüşür, daha doğrusu, Moskva Vaşinqtonun lideri olmaq istədiyi nizamda yerini almaq istəyir. Bayden bu gerçəyi müəyyən qədər açdı, lakin bunun yenə də böyük tablodakı əsas gerçək olduğuna şübhə yaradan birdən çox sual var:

1. Rusiyanın Ukraynaya hücumunun gerçək səbəbi nədir?

2. Baş verənlər gerçəkdən ABŞ-Rusiya qarşıdurmasıdırmı?

3. ABŞ-ın lideri olmaq istədiyi yeni nizamda hədəf taxtasındakı kimdir?

Hücumdan öncə baş verənlərə XXI əsrin dəyişən geosiyasi mənzərəsi fonunda baxdıqda dünyaya təqdim olunan tabloda nələrinsə deyildiyi kimi olmadığı müşahidə olunur.

Müharibədən öncə də yazmışdıq: Rusiyanın Ukraynaya hücumu düz məntiqdən kənarında idi.

- Ukraynanın NATO-ya üzvlüyünün çətinliyi, ən azı orta perspektivdə mümkünsüzlüyünü Vaşinqtonda da, Moskvada da bilirdilər;

- Məsələ NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasından ibarət deyil: ittifaq illərdir Şərqi Avropanın şərq sərhədi boyunca yerləşib;

- Donbas məsələsinin Rusiyanın istəyinə uyğun olan Minsk razılaşması çərçivəsində həlli imkanı heç olmadığı qədər yetişmişdi: hücumdan öncə Makron və Şolz Zelenski ilə "yüksək status” üzərində razılaşmış, Fransa prezidenti hətta bu gün Moskva-Kiyev danışıqlarından müzakirə olunan Ukraynanın "neytral status”u təklifini də Kremlə aparmışdı;

Putinin ABŞ-Rusiya qarşıdurmasında Qərb cəbhəsini, həm də NATO-nu Paris və Berlin üzərindən bölmək imkanı geniş idi: Donbas separatçılarına "yüksək status” ala, qoşunlarını sərhədinə yığdığı Ukraynanın "neytral status”unu Makron və Şolzun dəstəyi ilə əldə edə, ABŞ-ın Avropadakı təsirinə ciddi zərbə vura, hətta "genişlənməsini” təhlükə olaraq gördüyü NATO-nu daxildən parçalaya bilərdi;

22 fevral – Donetsk və Luqansk separatçılarının "müstəqilliyinin” tanındığı günə qədər Rusiyanın diplomatik cəbhədə əli güclü idi və düz məntiqlə Moskva kartların qarışmasına imkan verməməli idi.

Fevralın 22-də Putin separatçıların "müstəqilliyini” tanıdı və bununla:

- Minsk anlaşmasını sıfırlayaraq, Almaniya və Fransanın ABŞ-ın istədiyi anti-Rusiya cəbhəsinə qoşulmamaq üçün manevr imkanını sıradan çıxardı;

- ABŞ-ı Rusiya təhlükəsi ilə bağlı mövqeyində haqlı çıxardı;

- Moskvanın əlindəki Qərb cəbhəsini içəridən parçalamaq rıçağından imtina etmiş oldu;

Putin üstünlüyünü qurban verdi və Şolzla Makronu masada tərk edib,  açıq şəkildə Baydenin əlinə oynadı: 

- Avropanın yeni gücü olmaq istəyən Fransa "ofsaytda” qaldı;

- Almaniya sona qədər qorumağa çalışdığı "Şimal axını – 2” layihəsini dondurdu;

- ABŞ Paris və Berlinin məcbur qoşulduğu anti-Rusiya cəbhəsi ilə Qərb blokunu nəzarəti altına keçirə bildi;

Ən əsası Moskva "22 fevral qərarı” ilə Avropa bazarına çıxış üçün Ukrayna tranzitinə alternativ olaraq hazırladığı "Şimal axını” layihəsindən "könüllü” imtina edir, yenidən Kiyevdən asılı vəziyyətə düşür, obrazlı desək "öz ayağına sıxırdı”.

Niyə?

Rusiyanın heç də əlverişli görünməyən hücum planını işə salmasında üzərində dayanılan birdən çox versiya var, hərçənd, bu versiyaların özündən çox, zəif tərəfləri daha güclüdür.

Birincisi, "Şimal axını” layihəsi sıradan çıxdığı üçün Avropa bazarına yeganə çıxış olan Ukrayna tranzitinə nəzarəti bərpa etməkdir.

a) Rusiya Ukrayna ətrafına qoşunları aylar öncəsi cəmləşdirmişdi və hücum qərarının məhz tranzitə nəzarəti əldə etmək olduğu inandırıcı deyil;

b) Hücumun Avropa qaz bazarındakı mövqelərini zəiflədəcəyi, əksinə, ABŞ-ın nəzarət etdiyi alternativləri gücləndirəcəyi, ən azından, ruslar üçün qeyri-müəyyənlik yaradacağı bəlli idi, bu baxımdan, siyasi məntiq "Şimal axını”nını, eləcə də almanlarla əməkdaşlıq imkanlarını riskə atmamaqdan yanadır;

İkincisi, Ukraynaya hücumla ABŞ-NATO qarşısında irəli sürdüyü "təhlükəsizlik müqaviləsi”ni qəbul etdirmək, masada bazarlıq etmək imkanını genişləndirmək gedişi etdi:

a) Moskva da anlayır ki, irəli sürdüyü "təhlükəsizlik müqaviləsi”nin bütün bəndləri, xüsusilə 1997-ci il aktı ilə bağlı tələbi bütün hallarda, hətta NATO üzvlərinə hücum etsə belə qəbul edilməyəcək;

b) "Təhlükəsizlik müqaviləsi” müzakirələrində rusların ən unikal imkanı Fransa və Almaniya kartından istifadə etmək olardı;

c) Fransa Cenevrədə ABŞ-Rusiya danışıqlarının getdiyi vaxt Avropanın yeni təhlükəsizlik sisteminin Rusiyanın iştirakı ilə formalaşdırılmasının vacibliyini gündəmə gətirirdi, yəni Moskva Vaşinqtondan istədiklərini Paris və Berlindən – Avropadan ala bilər, ən azı ABŞ-NATO cəbhəsinə qarşı öz cəbhəsini gücləndirə bilərdi;

Üçüncüsü, Putinin hakimiyyətinin ömrünü uzatmaqdır, halbuki, bunun üçün Ukraynaya hücum planının seçilməsi versiyası o qədər ciddi deyil, hər-halda birbaşa səbəb bu ola bilməz: hücumdan öncəki proseslər və müharibənin gedişi də oyunun daha böyük olduğu göstərir;

Dördüncüsü, Ukraynada nüvə təhlükəsidir ki, bu, Kremlin daha çox hücuma əsas yaratmaq iddialarından biridir.

a) Budapeşt anlaşması ilə Ukraynanın nüvə başlıqları Rusiyaya verilib;

b) Hücumdan öncə - 3 yanvar tarixində "nüvə beşliyi” (Rusiya, ABŞ, Çin, İngiltərə və Fransa) nüvə silahının yayılmasına qarşı birgə bəyanat imzaladı və bu belə Kiyevin "nüvə təhlükəsini” neytrallaşdırmağa yetərlidir: ABŞ-Rusiya xəttində "təhlükəsizlik müqaviləsi” üzərindən gərgin danışıqların getdiyi, qarşıdurmanın gücləndiyi vaxt belə bir anlaşmanın olması da xüsusilə maraq doğurur;

Bu versiyaların hər biri hücum planının bir elementi ola bilər, pazlın hissələri kimi, amma bütöv pazlda yenə də əsas suala cavab vermir: Putin bütün üstünlüyünü niyə qurban verdi və faktiki olaraq, Baydenin əlinə oynadı?

Baş verənlərə bir qədər də əvvəldən baxaq: "Amerika qayıdır” şüarı ilə prezident seçilən Baydenin əsas hədəfi Trampın dövründə uzaq düşən Avropadakı köhnə müttəfiqləri NATO üzərindən Vaşinqtonun çətiri altında toplamaq idi. Çünki:

- Avropa Makronun "Avropa ordusu” ideyası ilə güc mərkəzi rolunu inkişaf etdirmək niyyətində idi və bunun NATO-nu, həm də Vaşinqtonun qitədəki təsirini zəiflədəcəyi bəlli idi;

- Tramp bu risklərə qarşı "birləşdirici” yox, "uzaqlaşdırıcı” xətt izlədi: onun "Öncə Amerika” şüarı və "yeni milli təhlükəsizlik strategiyası” Aİ ilə münasibətləri, xüsusilə NATO çətiri altındakı birliyi zəiflədirdi;

- 2019-cu ildə Merkel və Makron "Aaxen müqaviləsi” də deyilən Almaniya-Fransa Əməkdaşlığı və İnteqrasiyası Müqaviləsi ilə ideyanı praktiki mərhələyə keçirmək istiqamətində ilk addımı atdılar;

- Hədəf 2020-ci il göstərilirdi, yəni bu ilə qədər Avropanın müdafiə ordusu qurulmalı idi, baş tutmadı, pandemiyanın təsiri də xüsusi rol oynadı, lakin plan rəfə qaldırılmamışdı;

- 2021-ci ildə Makron Merkellə görüşdə (19 iyun tarixində və bu, 16 iyunda Putinlə Baydenin Cenevrə görüşündən dərhal sonra idi) planı yenidən dilə gətirir və qeyd edirdi ki, "Avropanın müdafiə və strateji müdafiəsi muxtariyyətinin olmasının NATO-ya alternativ layihə ola biləcəyini, lakin Şimal Alyansının güclü hissəsi kimi qala biləcəyi fikrini aşılamağı bacardıq”, eyni zamanda, Baydenlə müzakirə etdiklərinə və mövqelərini dəyişmədiklərinə də işarə vururdu;

(Makronun məşhur "NATO-nun beyin ölümü gerçəkləşdi” ifadəsi, Şimal Alyansı ilə avropalı müttəfiqlərinin açıq söz sqarşıdurması da yaxın bir neçə ildə yaşananlardır).

2020-ci il ABŞ prezident seçkiləri zamanı demokratlarla respublikaçıların bir-birini iki seçki dönəmi ilə əvəzlədiyi sistemdə onilliklər sonra yenili yaşanır, respublikaçı Tramp ikinci dövr seçilmir, yerinə demokrat Bayden gəlir. 

Bayden vəzifəsinə başlayan kimi Avropada "köhnə müttəfiqləri” yenidən bir çatı altına toplamaq üçün hərəkətə keçdi: Avropa turnesindən öncə - mart ayında "müvəqqəti milli təhlükəsizlik strategiyası”nı yayımladı, orada avropalı müttəfiqlər Trampın dövründəki fikir ayrılıqlarını geridə qoymağa, Rusiya və Çinə qarşı birləşməyə dəvət olunurdu; iyun ayında G-7 sammiti və NATO-nun 2030-cu il planının qəbul edildiyi Brüssel zirvəsi ilə Vaşinqton "yenidən birləşmək” istiqamətində müəyyən addımlar atdı, lakin istəyinə tam nail olmadığı aydın görünürdü, Makron və Merkelin zirvə görüşlərindən bir neçə gün sonra "Avropa ordusu” ideyasını yenidən gündəmə gətirməsi də bunun təsdiqi idi;

Bayden köhnə müttəfiqlərini "evə qaytarmaq” üçün çıxdığı Avropa turnesində həm də Putinlə (16 iyun, Cenevrə) görüşdü və görüşdən sonra verilən açıqlamalar gərginliyi ilə diqqət çəkirdi, xüsusilə ABŞ prezidentinin "Rusiya nəyin bahasına olursa olsun böyük dünya gücü olaraq qalmağa çalışır” sözləri.

Bu görüşdən sonra, xüsusilə ilin sonuna doğru gərginlik (əsasən da Ukrayna cəbhəsində) daha intensiv müşahidə olundu. Və Rusiya dekabr ayında ABŞ və NATO-ya "təhlükəsizlik müqaviləsi”ni təqdim etdi, beləliklə, qarşıdurma "qarşısıalınmaz hal” aldı.

Düz məntiqlə belə görünür ki:

- ABŞ Rusiyanın "böyük dünya gücü” olmaq istəyini qəbul etmir;

- Rusiya "təhlükəsizlik müqaviləsi” ilə Vaşinqtonu seçim qarşısında qoyur;

- Və "güc mərkəzi” rolunu qəbul etdirmək üçün Ukraynaya hücum edir: Kremlin "müharibədə Rusiyanın taleyi həll olunur” sözləri də bu kontekstdə anlaşılır;

Amma və lakin Rusiyanın:

- Bayden-Putin görüşündən sonra "təhlükəsizlik müqaviləsi” də daxil olmaqla atdıqları addımların amerikalıların Avropa planlarına "xidmət etməsi”;

- Avropa cəbhəsindəki təsir imkanlarından məntiqsiz görünən şəkildə imtina etməsi;

- İqtisadi itkilərlə üzləşəcəyini, ən əsas da Avropa kimi nəhəng bazardakı mövqeyinə təhlükə yaranacağını bildiyi halda Ukraynaya hücuma keçməsi;

məsələyə tərs məntiqlə yanaşmağı zəruri edir. Yuxarıda qeyd etdiyimiz kimi, Putin bütün üstünlüyündən imtina edərək, Baydenin əlinə oynadı, Vaşinqtonun "beyin ölümü keçirən” NATO-nu dirçəltməsinə, Avropanı öz çətiri altına almasına "kömək etdi”. 

Və burada ən vacib sual belə olmalıdır: Rusiya ABŞ-a nəyin qarşılığında "kömək etdi”?

"Soyuq müharibə”dən sonra geosiyasi xəritədəki dəyişikliklərə qısa ekskurs etdikdə bu sualın cavabını tapmaq, eyni zamanda, Baydenin dediyi kimi ABŞ-ın lideri olmaq istədiyi yeni nizamda hədəf taxtasında kimin olduğuna dair fikiri inkişaf etdirmək mümkündür: SSRİ-nin dağılması ilə ikiqütblü dünya sistemi yerini ABŞ-ın supergüc olduğu təkqütblü sistemə verdi və bu, 2010-cu illərə - Çinin "oyanması”na qədər risksiz davam etdi (beynəlxalq ekspertlər 2008-ci il maliyyə böhranını ABŞ-ın zirvədən enişinin başlanğıcı olaraq qəbul edirlər).

2013-cü ildə Çin Avrasiyanı hörümçək toru kimi bürüyəcək və XXI yüzilliyin siyasi-iqtisadi gələcəyinə böyük ölçüdə təsir edəcək "Bir kəmər, bir yol” layihəsini (BRİ) elan edir, 2016-cı ildə "təkqütblü dünya”ya etirazlarını dilə gətirməyə başlayırdı. Dünyanın aparıcı istehsal ölkəsi kimi önə çıxması, hərbi gücünü sürətlə artırması, iqtisadi böyüməsi, dollara qarşı milli valyuta siyasəti və heç bir ölkənin daxili işlərinə qarışmadan "qazan-qazan” prinsipi üzərindən siyasi xətt yürütməsi Çinin yeni dünya gücü kimi ortaya çıxması, ən az ikinci qütb olmasının yolunu açır. Yaxud yeni dünyada Çinin ikinci qütb olmasının yolunu açırlar da deyə bilərik.

Müharibədən öncə də yazmışdıq: dünyanın yeni siyasi xəritəsində ABŞ və Çin iki nəhəng qütb, Rusiya və Türkiyə bu iki qütb arasında tarazlayıcı regional güclər olaraq görünür. Çinin timsalında ikinci qütb və Türkiyənin regional güc olması xüsusilə BRİ-nin əsas üstünlük verildiyi Orta dəhlizi coğrafiyasında - Çin-Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz – Qara dəniz bölgəsi-Avropa – qurulur.

Şimal dəhlizi (Rusiya) və Cənub dəhlizini də (Yaxın Şərq) özündə birləşdirən Orta dəhlizin həm də üç əsas dayaq nöqtəsin olduğunu deyə bilərik: Mərkəzi Asiyada Qazaxıstan; Cənubi Qafqazda Azərbaycan; Qaradəniz bölgəsində - Avropaya çıxış xəttində Türkiyə; şimal və cənubu mərkəzdə birləşdirən bir hab Cənubi Qafqazda, ikinci və daha böyük hab Qaradəniz bölgəsindədir; 

(Qarabağ münaqişəsinin həlli, türk dünyasının dərin inteqrasiyası üçün ciddi irəliləyişlərin olması, xüsusilə TDT-nin böyüməsi, müşahidəçi statusla qeyri-türk dövlətlərini (Ukrayna da namizədlərdən biri idi) də çətiri altına almaq planları həm də dünyanın yeni güc bölgüsündəki prosesin tərkib hissəsidir).

Mərkəzi Asiyada Qazaxıstanın Çinlə yaxınlaşması, Qarabağ məsələsinin həllindən sonra Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya aktiv çıxışı, Qaradəniz bölgəsində Gürcüstanın layihədə potensial iştirakı fonunda Ukraynanın da, xüsusilə Zelenski hökumətinin maraqlı olması ilə Ankara üzərindən prosesə qoşulması təşəbbüsləri var idi. Çin "17+1 Təşəbbüsü” ilə Şərqi Avropanın "soyuq müharibə” dövründə "şərq bloku”nda təmsil olunan ölkələr də daxil olmaqla 18 ölkəsini (Yunanıstan da sonradan təşəbbüsə qoşuldu) BRİ-də birləşdirmək istiqamətində aktiv fəaliyyət həyata keçirir. Bunun fonunda, Fransa və Almaniya da xüsusilə Brexitdən sonra Çinlə yaxınlaşmaq xəttini inkişaf etdirir, Avropanın yeni dünya sistemində güc mərkəzlərindən biri etmək planlarına həm də Pekinlə iqtisadi əməkdaşlıq fonunda qurur.

ABŞ-ın liderlik etdiyi təkqütblü dünya sistemi yerini ən azı ikiqütblü sistemə verir və Çin potensial ikinci qütbdür, hərçənd, Pekinin Asiyadan Avropaya qədər uzanan coğrafiyada əsas güc olma istiqamətində irəlilədiyi də aydın görünür. 

Və böyüyən Çin ABŞ üçün "hakim olduğu təkqütblü sistemi qorumaq”, yaxud "yeni dünya nizamında lider olmaq” perspektivinə risklər yaradır, Pekinin güclənməsi Vaşinqtonun Avropada zəifləməsinə paralel şəkildə baş verir, "köhnə müttəfiqlər” Uzaq Qərbdəki gücdən Uzaq Şərqdəki gücə meyllənirdi. 

Qərb cəbhəsini birləşdirmək, "beyin ölümü keçirən” NATO-nun "müdafiə qalxanı” rolunu yenidən qəbul etdirmək və ittifaq daxilindəki çatları qapatmaq üçün Şimal Alyansının yaranma fəlsəfəsini canlandırmaq lazım idi: TƏHLÜKƏ.

Çinin NATO-nu hərəkətə keçirəcək, Qərb cəbhəsini birləşməyə məcbur edəcək təhlükə olması mümkün deyildi. Avropada "Vaşinqton Çin təhlükəsini böyüdür” kimi açıqlamalar da zaman-zaman gündəmə gəlirdi. Ən real və effektiv təhlükə NATO-nun qurulma fəlsəfəsinə uyğun olan və "soyuq müharibə”ni Avropanın yaddaşında yeniləyəcək Rusiya idi: Putin bu prosesdə Baydenə "kömək etdi”;

Ukraynada müharibənin gedişi, Rusiyaya qarşı ağır sanksiyalar o versiyanın önə çıxmasına şərait yaradır ki, ABŞ Baydenin dediyi kimi, "Putini tələyə saldı”, bununla iki "düşmən”dən – Rusiya və Çindən birini məğlub edir, rus əngəlini aşdıqdan sonra Pekinlə mübarizəni sərhədlərində aparır. Hərçənd, ABŞ-ın rəqib kimi Çini qəbul etdiyi həqiqəti fonunda siyasi məntiq və hadisələrin inkişafı bu ssenariyə şübhə ilə yanaşmağımıza əsas verir:

A) ABŞ-ın Çin və Rusiyaya qarşı ikisini birləşdirəcək həmlə etməsi yox, iki ölkədən biri ilə anlaşaraq, digərinə qarşı plan qurması daha real görünür;

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR