
Çeçenistan rəhbəri Ramzan Kadırovun yol qəzasında yaralanan oğlu Adam Kadırov xüsusi tibbi təyyarə ilə Moskvaya aparılıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları xəbər yayıb. Bildirilir ki, tibbi reys gecə saatlarında Moskvanın "Vnukovo" hava limanına eniş edib.
Məlumatda həmçinin qeyd olunur ki, həmin təyyarədən qısa müddət sonra Ramzan Kadırovun da olduğu başqa bir hava gəmisi aeroportda yerə enib.
Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya düşüb. Hadisə nəticəsində o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi Moskvada davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.