
Türkiyədə azərbaycanlı tələbə vəfat edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Alanyada qeydə alınıb.
Tanverdi Salmanov adlı gəncin yaşadığı evdə qəfildən halı pisləşib.
O təcili olaraq ailəsi tərəfindən Manavqat Dövlət Xəstəxanasına aparılıb. Lakin 21 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
O Türkiyədəki universitetlərin birində Ali təhsil alırmış.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.