17-01-2026, 23:48 326

Qızıl alanların DİQQƏTİNƏ: Hansı məhsullar daha keyfiyyətlidir?

Azərbaycanda qızıl bazarı uzun illərdir həm investisiya, həm də zərgərlik sektorunda mühüm rol oynayır.

Statistik məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 4.5 milyard ABŞ dolları dəyərində 44.4 ton qızıl idxal olunub. Eyni dövrdə ölkədə yalnız 2.6 ton qızıl istehsal edilib.

Bu rəqəmlər göstərir ki, daxili istehsal idxaldan xeyli geri qalır və bazar əsasən xarici məhsullara yönəlmiş vəziyyətdədir.

Bu isə bir sıra vacib sualları gündəmə gətirir: Azərbaycanda hansı ölkələrin qızılına böyük tələbat var?

Ölkələrin qızılları hansı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir? İdxalı azaltmaq imkanlarımız varmı? Yerli zərgərlərin məhsuldarlığı necədir, onların məhsullarına tələbat varmı?

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İdxalda lider ölkələr

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirir ki, idxal statistikasına əsasən, Azərbaycana qızıl Rusiya, Türkiyə, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya və Qazaxıstan kimi ölkələrdən gətirilir:

"Bu ölkələr qızıl hasilatı, emalı və ticarəti sahəsində dünya bazarında əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə İsveçrə və Böyük Britaniyadan idxal olunan qızıl əsasən bank külçələri və investisiya məqsədli məhsullar kimi istifadə olunur. Türkiyə və İtaliya qızılı daha çox zərgərlik sənayesi üçün nəzərdə tutulur. Rusiya və Qazaxıstan isə Azərbaycana əsasən xammal və yarımemal qızıl tədarük edən ölkələr sırasında yer alır".

Özünəməxsus xüsusiyyətlər

Ekspertin sözlərinə görə, qızılın mənşə ölkəsi onun keyfiyyət göstəricilərinə, emal texnologiyasına və istifadə sahəsinə birbaşa təsir göstərir: "Məsələn, İsveçrə qızılı yüksək saflığı (99.99%) və beynəlxalq sertifikatlaşdırma standartlarına uyğunluğu ilə tanınır. Bu səbəbdən İsveçrə külçələri əsasən maliyyə qurumları və investisiya məqsədli alıcılar üçün cəlbedici hesab olunur. Türkiyə və BƏƏ qızılı dizayn müxtəlifliyi və zərgərlik məmulatlarının geniş çeşidi ilə seçilir. Bu ölkələrdən Azərbaycana əsasən hazır zərgərlik məmulatları idxal edilir. Region ölkələrində olduğu kimi, Azərbaycanda da türk və ərəb istehsalı olan zinət əşyalarına tələbat yüksəkdir. Satışda olan zərgərlik məhsullarının təxminən 3 faizi brend məmulatlardan ibarətdir ki, onlar da əsasən İtaliya və İspaniya mənşəlidir. Xüsusilə İtaliya qızılı incə işlənməsi, zərif dizaynı və premium seqmentdə tanınması ilə fərqlənir. BƏƏ qızılı qlobal ticarət mərkəzi funksiyasını daşıyır və qiymət baxımından rəqabət qabiliyyətli hesab olunur".

Daxili istehsal yetərli deyil

Rövşən Əmircanov onu da vurğulayır ki, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür: "Qızıl idxalını qısa müddətdə tam şəkildə azaltmaq real görünmür. Bunun əsas səbəbi qızılın eyni zamanda investisiya aləti, zərgərlik xammalı və strateji ehtiyat kimi çoxşaxəli funksiyaya malik olmasıdır. Bununla belə, idxaldan asılılığın müəyyən qədər azaldılması mümkündür. İlk növbədə, daxili qızıl hasilatının artırılması vacib amillərdən biridir. Hazırda Azərbaycanda qızıl hasilatı həyata keçirilsə də, mövcud həcmlər daxili tələbatı tam ödəmək üçün yetərli deyil. Digər tərəfdən, yerli emal və zərgərlik sənayesinin inkişafı idxal olunan hazır məmulatların həcmini azaltmağa imkan verir. Bundan əlavə, alternativ investisiya alətlərinin genişləndirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi qızıla olan tələbatı müəyyən qədər zəiflədə bilər. Lakin mövcud şəraitdə qızıl idxalı Azərbaycanın iqtisadi və maliyyə sisteminin təbii və zəruri tərkib hissəsi olaraq qalmaqdadır".

Milli ornamentli məhsullara tələbat yüksəkdir

Mütəxəssis yerli zərgərlik sənayesinin mövcud vəziyyətinə toxunaraq deyir ki, Azərbaycanda zərgərlik sənəti nəsildən-nəslə ötürülən, milli-mədəni dəyərlərlə sıx bağlı sahədir: "Yerli zərgərlər həm ənənəni qoruyur, həm də müasir dizayn trendlərinə uyğun məhsullar təqdim edirlər. Milli ornamentli və fərdi sifarişlə hazırlanmış məhsullar geniş tələb görür, zərgərlər müasir avadanlıq və kompüter dizayn proqramlarından istifadə edərək məhsulların keyfiyyətini və vizual cəlbediciliyini artırırlar. Müştərinin istəklərinə çevik yanaşma isə yerli istehsalın üstünlüyünü daha da artırır".

Rövşən Əmircanov qeyd edir ki, son illərdə yerli zərgərlik məhsullarına maraq artır, idxal məhsullarının payı isə tədricən azalır. Bu tendensiya Azərbaycanın zərgərlik sektorunun öz potensialını gücləndirməyə başladığını göstərir və gələcəkdə yerli məhsulların bazarda daha da üstünlük qazanacağını göstərir.

Yerli məhsullar bazarda üstünlük təşkil edir

Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev bildirir ki, COVID-19 pandemiyasından əvvəl Azərbaycan zərgərlik bazarının təxminən 70 faizi idxal məhsullarına əsaslanırdı. "Pandemiya dövründə logistika problemləri və qapanmalar müəyyən dəyişikliklər yaratdı və yerli zərgərlik sənayesi üçün yeni imkanlar açdı. Həmin dövrdə həm vergi, həm də gömrük güzəştləri tətbiq olundu və yerli istehsal gücləndi. Hazırda bazarın təxminən 60 faizi Azərbaycan istehsalı olan zərgərlik məmulatlarından ibarətdir", - deyə ekspert vurğulayır. Onun sözlərinə görə, qızılın qiymətinin artması, dünya miqyasında müharibələr və iqtisadi böhranlar həm xam qızıl, həm də hazır zərgərlik məmulatlarına tələbi artırır: "Azərbaycan həm xam qızıl ixrac edir, həm də idxal həyata keçirir. Çünki qiymət sürətlə artır və qızıl investorlar üçün cəlbedici alət hesab olunur".

Bazarın inkişafı ləngiyə bilər

Mütəxəssis qızıl idxalını azaltmağı məqsədəuyğun saymır. Onun fikrincə, bu addım bazarda mənfi tendensiyalar formalaşdıra bilər: "Çünki idxal olunan ölkələrdə zərgərlik sənayesi yüksək səviyyədədir. Bu məhsullar yerli istehsal üçün rəqabət yaradır və daha fərqli dizaynların, yeni kolleksiyaların ərsəyə gəlməsini təmin edir. Yerli sənayeni stimullaşdırmaq vacibdir, lakin istehlakçının seçim imkanını məhdudlaşdırmaq doğru deyil".

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR