19-01-2026, 20:48 248

Ev almaq, yoxsa tikdirmək daha ucuz başa gəlir? - VACİB AÇIQLAMA

"Əgər söhbət geniş sahəli, villa tipli və xüsusi dizaynlı fərdi yaşayış evlərindən gedirsə, bu halda evin sıfırdan tikdirilməsi daha məqsədəuyğun sayılır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, belə evlərdə insan öz zövqünə uyğun planlama, istifadə olunacaq materialların keyfiyyəti və texniki detallar üzərində birbaşa nəzarət imkanı əldə edir: "Bunun üçün əvvəlcə torpaq sahəsi alınır, daha sonra isə layihə və təsdiqlənmiş plan əsasında tikinti aparılır.

Lakin kiçik sahəli həyət evləri – xüsusilə də bazarda "makler evləri" və ya hazır paket kimi təqdim olunan tikililər kontekstində vəziyyət bir qədər fərqlidir. Bu halda hazır ev almaqla tikdirmək arasında qiymət fərqi ciddi ola bilər. Çünki vətəndaş evi özü tikdirdikdə, materialların pərakəndə qiymətlə alınması, ustalarla ayrıca razılaşmalar və prosesin idarə olunması yekunda əlavə xərclərə səbəb ola bilir.

Digər tərəfdən, tikinti şirkətləri və bu sahədə daimi fəaliyyət göstərən briqadalar materialları topdan və daha ucuz qiymətə əldə etdiklərinə, həmçinin eyni işçi heyəti ilə işlədiklərinə görə evi nisbətən aşağı maya dəyəri ilə inşa edə bilirlər. Bu səbəbdən, vətəndaşın fərdi şəkildə tikinti aparması çox zaman düşündüyündən baha başa gəlir".

Vüqar Oruc həmçinin deyib ki, əgər vətəndaşın tikinti sahəsində təcrübəsi, prosesi izləmək üçün vaxtı və texniki bilikləri varsa, evi özünün təşkil etməsi həm daha ucuz, həm də daha keyfiyyətli nəticə verə bilər:

"Çünki bazarda fəaliyyət göstərən bəzi tikinti qrupları maksimum qazanc əldə etmək üçün ucuz materiallara və zəif işçi qüvvəsinə üstünlük verir. Bu isə gələcəkdə təhlükəsizlik, dayanıqlıq və keyfiyyət problemlərinə yol aça bilər.

Məhz buna görə də iki optimal seçim mövcuddur:

ya etibarlı, təcrübəli və keyfiyyəti ilə tanınan şirkətlərə müraciət etmək,

ya da bütün prosesi vətəndaşın özünün birbaşa nəzarət etdiyi fərdi tikinti modeli.

Hazır evlərə gəldikdə isə, əgər alıcının xüsusi dizayn tələbləri, fərqli planlama istəyi yoxdursa, bazarda artıq tikilmiş evlərin alınması daha sərfəli ola bilər. Xüsusilə də nəzərə alsaq ki, bir neçə il əvvəl tikilmiş evlər indiki inşaat materiallarının bahalaşması fonunda yeni tikililərlə müqayisədə daha ucuz qiymətə təklif olunur".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Dünən, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Dünən, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Dünən, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Dünən, 19:48 Amil Mustafayevin qəhrəmanlıq hekayəsi: "Bunlar mənim canavarlarımdır, qeyrətli oğullar!" Dünən, 19:48 Tramp "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb Dünən, 18:49 RİNN, AZCON Holding və "Franklin Templeton" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Dünən, 18:49 Vətən müharibəsinin xüsusi təyinatlısı: "Bizi minaatanla vururdular" Dünən, 18:49 Azərbaycanla FAO arasında iqlim fəaliyyətinin gücləndirilməsi müzakirə edilib Dünən, 18:49 Bakıda qızının evə taksi ilə gəlməsinə əsəbiləşən kişi arvadını döydü Dünən, 18:48 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq Dünən, 18:48 İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar Dünən, 17:48 Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb Dünən, 17:48 Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" Dünən, 17:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb Dünən, 17:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:48 Corc Rassell: "Bakıdakı Qran-pri mənim üçün uğurlu alındı" Dünən, 17:48 İtkin düşən 5 nəfər ötən gün tapılıb Dünən, 17:48 Ayxan Abbasov: "Sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağıq" Dünən, 17:48 Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir Dünən, 16:48 "Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb Dünən, 16:48 Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib Dünən, 16:48 Bakıda valideynləri dalaşan qız ölümdən döndü Dünən, 16:48 İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb Dünən, 16:48 Qeyri-neft-qaz ixracında rekord artım Dünən, 16:48 "Formula 1": "Maklaren"in pilotu Lando Norris qəza törədərək mübarizəni dayandırıb Dünən, 16:48 Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim" Dünən, 16:48 İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb Dünən, 16:48 "Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR