
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin Niderland - Argentina oyunundan sonra futbolçular arasında dava düşüb.
“AVESTA.AZ”un məlumatına görə, Cənubi Amerika təmsilçisinin qələbə qazandığı görüşün ardından hər iki komandanın üzvləri meydanda dalaşıblar.
Qeyd edək ki, 2:2 hesablı bərabərliklə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında qələbə qazanan (4:3) argentinalılar yarımfinala yüksəliblər. Onlar bu mərhələdə dekabrın 13-də Xorvatiya ilə qarşılaşacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.