21-01-2026, 12:48 195

2025-ci ildə

2025-ci il "Global Media Group" üçün əlamətdar il olub. 

Ötən il ərzində şirkətlər qrupu fəaliyyətini daha da inkişaf etdirərəkinformasiya istehsalı və yayımını davam etdirib, beynəlxalq əməkdaşlıqları gücləndirib və rəqəmsal mühitdə davamlı olaraq aparıcı mövqeyini qoruyub.

Hesabat dövründə "Global Media Group"a daxil olan "Oxu.az" xəbər portalı, "Global Management " autsorsinq şirkəti, "Report" İnformasiya Agentliyi və "Baku TV" kanalında beynəlxalq idarəetmə standartları üzrə təkrar sertifikatlaşdırma auditi "TÜV Austria Azərbaycan" MMC tərəfindən aparılıb.

Audit çərçivəsində təşkilatlarda tətbiq olunan ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 - Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 – Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri üzrə idarəetmə mexanizmləri beynəlxalq tələblərə uyğunluğu baxımından qiymətləndirilib.

Auditin nəticələri "Global Media Group"a daxil olan şirkətlərin institusional idarəetmə prinsiplərinə sadiqliyini və proseslərin davamlı təkmilləşdirilməsini təsdiqləyib.

2025-ci il ərzində "Global Media Group"un və ona daxil olan şirkətlərin beynəlxalq əməkdaşlıqları genişlənib.

"Baku TV" və "Report" İnformasiya Agentliyi tərəfindən Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanının aparıcı media qurumları ilə imzalanan əməkdaşlıq memorandumları qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinə, regional media əlaqələrinin inkişafına və ortaq layihələrin həyata keçirilməsinə imkan yaradıb. İl ərzində "Global Media Group"un media sahəsində fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə mətbuatın inkişafında göstərdikləri xidmətlərə görə "Global Media Group"un rəhbər heyəti və əməkdaşlarından 10 nəfər "Tərəqqi" medalı, 1 nəfər isə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.   Bundan başqa, "Global Media Group"a daxil olan media subyektlərinin rəhbər və jurnalist heyətindən ümumilikdə 55 nəfər "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Yubiley medalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

Bununla yanaşı, bir sıra əməkdaşlar media sahəsində peşəkar fəaliyyətlərinə və müxtəlif müsabiqələrdə qalib gəldiklərinə görə dövlət, özəl və beynəlxalq qurumlar tərəfindən müxtəlif diplom və sertifikatlarla təltif olunublar.   Eyni zamanda,Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən "10-cu Anadolu Media Mükafatları"mərasimində "Haber Global" mükafata layiq görülüb,"Kontra" proqramı isə ilin idman proqramı seçilib.   "Global Media Group"a daxil olan media platformaları 2025-ci il ərzində müxtəlif istiqamətlərdə yüksək nəticələr göstərib.

"Social Blade" analitik portalına əsasən "Baku TV" televiziya kanalı "YouTube" platformasında 11 ay ərzində Azərbaycan telekanalları arasında lider mövqeyini qoruyaraq rekorda imza atıb və yayımlanan video məzmunları ümumilikdə 1 milyarddan çox baxış toplayıb.

"Report" İnformasiya Agentliyi bürolarının sayını artıraraq informasiya əlçatanlığı təmin edib, yerli və xarici mediada istinad sayının artırılmasına nail olub.

"Baku.WS"in "Instagram" səhifəsində paylaşılan postları 17,5 milyon unikal insan tərəfindən ümumilikdə 1,9 milyard dəfə izlənib. 

"Caliber" informasiya-analitik portalı maraqlı, eksklüziv məqalə və müsahibələri sayəsində izləyici auditoriyasını 200%-dən çox artırıb.

"Haber Global" televiziya kanalı "YouTube"da bir il ərzində 3,8 milyard baxış toplayaraq Türkiyənin ən çox izlənən xəbər kanalı olub.

"Media.az" "Google News"un siyahılarında və "Dzen" tövsiyə sistemində mövqeyini möhkəmləndirib və beynəlxalq informasiya məkanında istinad olunan resurslar sırasında yer alıb.

"Oxu. az" rekord sayda – 365 mindən çox xəbər materialı hazırlayaraq ölkənin ən çox oxunan xəbər portalı olub.

"Photostock" fotobankı isə ölkədə baş verən hadisələr üzrə yüksək sayda foto-kontent istehsal edib.

"Kaspi" və "Каспий" qəzetlərin ümumi tirajı 230 mini ötüb. 

"Global Media Group" il ərzində korporativ sosial məsuliyyət və dayanıqlı inkişaf istiqamətində də fəaliyyətini davam etdirib. Ekoloji təşəbbüslər, maarifləndirici layihələr, təlimlər və gənclərin inkişafına yönəlmiş proqramlar bu fəaliyyətlərin əsas istiqamətlərini təşkil edib.

Ən önəmli layihələrdən biri olan "Media Akademiya" layihəsi çərçivəsində fəaliyyət göstərən müxtəlif media məktəblərində təşkil olunan təlimlərdə 41 gənc məzun olub.   2025-ci il üzrə ümumi göstəricilər "Global Media Group"un regionun aparıcı media ekosistemlərindən biri kimi mövqeyini qoruduğunu təsdiqləyib.

Əldə olunan nəticələr həm yerli, həm də beynəlxalq media məkanında "Global Media Group"un dayanıqlı inkişaf strategiyasını uğurla reallaşdırdığını nümayiş etdirib.

2025-ci ildə

Paylaş

Xəbər lenti

Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Bu gün, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Bu gün, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Bu gün, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Bu gün, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Bu gün, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Bu gün, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Bu gün, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Bu gün, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Bu gün, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Bu gün, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Bu gün, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Bu gün, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Bu gün, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Bu gün, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Bu gün, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Bu gün, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Bu gün, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Bu gün, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Bu gün, 18:48 Babək prospektində maşın yanıb Bu gün, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Bu gün, 17:48 İlber Ortaylının qızı atasına aid əşyaların "WhatsApp" qrupunda satılmasından danışdı Bu gün, 17:48 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı Bu gün, 17:48 Damla: "Sənətə gələndə bir ananın ögey övladı kimi təkləndim" Bu gün, 17:48 Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı Bu gün, 17:48 Azərbaycanlı aktrisa: "İstanbullu gəlin idim, oldum istanbullu turist..." Bu gün, 17:48 Övladı bağçaya gedən valideynlərə nazirlikdən VACİB MÜRACİƏT Bu gün, 17:48 Bakı buxtası neft ləkələrindən təmizlənəcək – 1,77 milyon manat ayrılır Bu gün, 17:48 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT Bu gün, 16:48 Antalyada 2 gündə 38 meşə yanğını olub Bu gün, 16:48 Putin İran prezidenti ilə görüşüb Bu gün, 16:48 İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib Bu gün, 16:48 Tanınmış aparıcıya vəzifə verildi Bu gün, 16:48 SOCAR ilə Çinin "CNOOC" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 16:48 Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub Bu gün, 16:48 Psixoloq azyaşlıya şiddət tətbiq edib? Sakinlərdən sərt mövqe Bu gün, 16:48 Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ Bu gün, 16:48 Prezident: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı Bu gün, 15:48 Dilarə Əliyeva Xalq artisti qayınatasının 81 yaşını belə təbrik etdi Bu gün, 15:48 Bakıda bağçada uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır - RƏSMİ Bu gün, 15:48 İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq Bu gün, 15:48 Azərbaycanlı döyüşçü ONE FC-də növbəti sınağına çıxacaq Bu gün, 15:48 "Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub Bu gün, 15:48 Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək Bu gün, 15:48 Prezident: BMT TŞ-nin qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur Bu gün, 15:48 Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR