
Məşhur müğənni Yıldız Tilbe xeyriyyə addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi Qəzzada humanitar fəaliyyət göstərən "Kudüs Gönüllüleri" dərnəyinə dəstək verib.
O iki böyük çadır şəhərciyin qurulması üçün 300 000 dollar (təxminən 510 000 AZN) məbləğində ianə edib.
iİfaçının bu xeyriyyə addımı sosial şəbəkələrdə böyük səs-küy yaradıb.
Sevənləri Tilbenin bu hərəkətini yüksək qiymətləndirərək, bunun ağır şəraitdə yaşayan insanlar üçün əhəmiyyətli yardım olacağını qeyd ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.