10-12-2022, 21:51 531

“Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ağacəkmə aksiyası keçirilib

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yanğından yaşıllığa” kampaniyası çərçivəsində ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.

"Report" xəbər verir ki, payız ağac əkini mövsümündə Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə hazırlanan xüsusi proqram çərçivəsində yanğınlardan zərər görmüş sahələr təmizlənərək əkinə hazır vəziyyətə gətirilir.

Bu gün Quba və Şabran rayonlarının yanğına məruz qalmış meşə fondu sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə meşəbərpa tədbirləri aparılıb. Quba rayonunda 2 hektar ərazidə 200 kiloqram palıd toxumu səpilib, Şabran rayonunda isə 2 hektar ərazidə 1650 ədəd müxtəlif növ ağac əkilib, 120 kiloqram palıd toxumu səpilib.

IDEA İctimai Birliyi və ETSN-in birgə təşkilatçılığı ilə həyata keçirilən kampaniya zamanı meşə fondu torpaqlarının yanğına məruz qalmış ərazilərində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun, meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlif cinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.

Təəssüf ki, yay mövsümündə isti və quraq hava şəraiti, əsasən də insan faktoru, ehtiyatsız davranışlar nəticəsində ölkənin müxtəlif bölgələrində meşə yanğınları baş verib və hektarlarla meşə fondu sahəsi yanğından zərər görüb.

Son illər iqlim dəyişmələri fonunda qlobal istiləşmə səbəbindən planetdə meşə yanğınları artır, ilbəil miqyası genişlənir. Bu şəraitdə insanların odla ehtiyatsız davranışı, yaşıllıqlara olan etinasızlığı daha çox ərazilərin yanğına məruz qalmasına, daha böyük fəsadların, o cümlədən ağacların məhvinə, ətraf mühitin və biomüxtəlifliyin, kənd təsərrüfatı sahələrinin ciddi zərər görməsinə səbəb olur.

Bu səbəbdən torpaq sahibləri, fermerlər, turistlər və bütün vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, yanğınlara şərait yaradan hallara yol verməməlidir.

Meşə ilə örtülü sahələr Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Meşələr bizi təmiz hava və sağlam məkanlarla təmin edir. Onlar suyu təmizləyir, torpaqlarımızı eroziya, daşqın və digər təhlükələrdən qoruyur, yerli və qlobal iqlim şəraitini tənzimləyir, planetimizin flora və faunasının 80%-nə ev sahibliyi edir, yanacaq istifadəsindən əmələ gələn karbon qazının 1/3-ni udmaqla, iqlim dəyişikliyi ilə mübarizədə bizə kömək edir. Meşə ehtiyatları ölkəmizin, xüsusən regionların iqtisadi inkişafına və ümumiyyətlə insanların dolanışığına böyük töfhə verir.

Bütün bunları nəzərə alaraq, meşələrin bərpası və genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusən də Məqsəd 3 (Səhiyyə və rifah), Məqsəd 13 (İqlim dəyişikliyi), Məqsəd 15 (Torpaq ekosisteminin mühafizəsi) və digər məqsədlərə nail olunmasına xidmət edir.

“Yanğından yaşıllığa” kampaniyasının təşkilatçıları hamını əvəzedilməz həyat mənbəyi olan meşələrimizi qorumağa, ölkəmizin və planetimizin dayanıqlı gələcəyini təmin etməyə dəstək olmağa çağırır.

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR