
Zambiyada Lusaka şəhərinin ətrafında azı 27 miqrantın cəsədi tapılıb.
"Report" xəbər verir ki, ZNBC yayım korporasiyası Zambiya polisinə istinadən məlumat yayıb.
Meyiti tapılan əcnəbilərin Somali və Efiopiyadan olduğu deyilir. Onların ölüm səbəbi məlum deyil.
Dövlət qurumları məsələ ilə bağlı araşdırmaya başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.